Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam_21

"Bank Standard"ın balansına daha 61 milyon manatlıq əmlak götürülüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bank Standard"ın balansına daha 61 milyon manatlıq əmlak götürülüb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Əmanətlərin Sığortalanması Fondunun Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə birgə fəaliyyəti nəticəsində ləğv prosesində olan "Bank Standard" QSC-nin vaxtilə verdiyi təminatsız kreditlərə görə Bankın balasına daha 61 mln. manatlıq əmlak götürülüb. 

 

Bu barədə "Bank Standard"ın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) İcraçı direktorunun müavini Vüqar Abdullayev Bankın Kreditorlar Komitəsinin bu gün keçirilən iclasında bildirib. 

 

“Bu əmlaklar son 1-2 ay ərzində girov kimi əldə edilib və likvid vəsait hesab olunur. Yaxın vaxtlarda onların satılmasına çalışacağıq. Son 1-2 ayda həmçinin kreditorların tələbləri və deməli bankın öhdəlikləri də 44 mln. manat azalıb", - deyə o qeyd edib. 

 

V.Abdullayevin sözlərinə görə, girov əmlakların hərrac yolu ilə satışı davam edir və indiyə qədər 2 mln. manat dəyərində daşınar və daşınmaz əmlak satılıb: "Bütün əmlaklar hərracdan əvvəl bazardakı vəziyyətə uyğun qiymətləndirilir. Çalışırıq ki, yuxarı qiymətə satılsın. Nəqliyyat vasitələrində, adətən, 2-3 nəfər mübarizə apardığı üçün qiymətlər artır”.

 

O həmçinin qeyd edib ki, hazırda “Bank Standard”la bağlı 1700 məhkəmə işinə baxılır: "Bu işlər 155 mln. manat məbləğində vəsaiti əhatə edir. 195 mln. manatlıq məhkəmə işi isə artıq icradadır. Kredit yığımları həyata keçirilir". 

 

Bundan başqa, ADIF rəsmisinin sözlərinə görə, "Bankın ləğv edilməsi prosesi uzana bilər. "Əksər ölkələrdə ləğvetmə prosesinə məhdudiyyət qoyulmur", - deyə o qeyd edib. 

 

V.Abdullayev bildirib ki, rəhbərlik etdiyi qurum indiyə qədər "Bank Standard"ın qorunan əmanətçilərinə 437 mln. manat kompensasiya ödəyib. Bunun isə 85 mln. manatını Fond geri qaytara bilib. 

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

03.09.2018 14:30

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ