Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Salyanda üzüm çox olacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Salyanda üzüm çox olacaq

Salyanda kütləvi üzüm yığımına start verilib. Bağlarda nümunəvi becərilmə işləri aparıldığından bol məhsul yetişib.

 

Reklam_3_11

Rayon Statistika İdarəsindən bildiriblər ki, hazırda Salyanda həyətyanı sahələrlə birlikdə 1102,5 hektar üzüm bağı mövcuddur. Bunun da 933 hektarı barverəndir. Bağlarda ilk olaraq daha tez yetişən süfrə üzümünün yığımı aparılır. Qısa müddətdə plantasiyalardan 80 tondan çox üzüm yığılıb. Toplanmış məhsul yerli bazarlarla yanaşı, xarici bazarlara da göndərilir. Təsərrüfat sahiblərinin dediyinə görə, bu il məhsul ötən illə müqayisədə 20-25 faiz çox olacaq.

 

Qeyd edək ki, salyanlı bağbanlar bu gəlirli sahəni daha da inkişaf etdirmək üçün yerli sortlarla yanaşı, xarici ölkələrdən də məhsuldar tinglər gətirib əkirlər. Ötən ildən rayonda Fransadan gətirilmiş tinglər hesabına yeni üzüm bağları da salınır. Gətirilən üzüm sortlarından “Prima”, “Dallas”, “Ora” və “Kardinal” yerli iqlim şəraitinə yaxşı uyğunlaşır və yüksək məhsul verir.

03.09.2018 14:53

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ