Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Üçüncü Bahar” layihəsinin həmtəsisçiləri Türkiyədə görüşlər keçiriblər

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Üçüncü Bahar” layihəsinin həmtəsisçiləri Türkiyədə görüşlər keçiriblər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Təqaüdçülərin asudə zamanlarının səmərəli təşkilinə yönəlmiş sosial layihənin təsisçiləri Türkiyədə səfərdə olublar.

 

“Üçüncü Bahar” layihəsinin həmtəsisçiləri Nərmin Qəniyeva və Natəvan Yusifova ilə  cari ilin 29 avqust tarixində Türkiyədə 48 illik tarixə malik, ölkə üzrə 108 şöbəsi olan “Türkiyə Əməklilər Dərnəyi” nin nümayəndələri arasında görüş keçirilmişdir.

 

Görüş zamanı Türkiyə Əməklilər Dərnəyi Üsküdar şöbəsinin rəhbəri Fatma Önerge dərnəyin fəaliyyəti haqqında  ətraflı məlumat vermişdir.

 

Hazırda dərnəyin 10.000 nəfər təqaüdçü üzvü var. Nümayəndələrimiz Üsküdar dərnək üzvləri üçün fəaliyyət göstərən “İkinci Bahar” kafesini ziyarət etmiş və onların iş prinsipləri ilə tanış olmuşlar.  

 

Əlavə olaraq Üsküdar təqaüdçüləri üçün yaradılmış  bostan ziyarət edilərək məhsul yığımında iştirak etmişlər.

 

Üsküdar Bələdiyyə Başkanı Hilmi Türkmən “Üçüncü Bahar” nümayəndələrini qəbul edərək, layihə haqqında geniş müzakirələr aparılmışdır. Üsküdar bələdiyyəsi nəzdnində fəaliyyət göstərən “Kadın El İşleri” layihəsi haqqında detallı müzakirələr aparılmışdır. Gələcəkdə Türkiyə tərəfi ilə baş tuta biləcək əməkdaşlıq imkanları geniş müzakirə edilib və Türkiyə nümayəndəliyinin Azərbaycana gözlənilən səfəri haqqında danışıqlar aparılıb.

 

Qeyd edək ki, “Üçüncü Bahar” təşəbbüs qrupu  2017 -ci ildən fəaliyyət göstərərək təqaüdçülərin asudə zamanlarının səmərəli təşkilinə yönəlmiş sosial layihədir. Layihə çərçivəsində YAŞA mərkəzi fəaliyyət göstərir. Təqaüdçülər mərkəzə üzv olaraq maraq dairələrinə uyğun, maarifləndirici, sağlamlıq, yaradıcılıq istiqamətlərində keçirilən tədbirlərdə sərbəst şəkildə iştirak edə bilərlər.

03.09.2018 16:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ