Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Azərbaycan icbari sığortada “daxıl” sisteminə keçə bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan icbari sığortada “daxıl” sisteminə keçə bilər

Sistemin tətbiqi sığortaçıları çətin vəziyyətə sala bilər

                         

Sığortaçılar və sığorta agentləri icbari sığorta sahəsində qanunsuzluqları davam etdirdiyi təqdirdə, Maliyyə Bazarlarını Nəzarət Palatası icbari sığortada “daxıl” sisteminə keçə bilər. Bunu “Marja”ya maliyyə bazarındakı mənbəsi bildirib.

 

 “Daxıl” İcbari Sığorta Bürosunun bazasında da yaradıla bilər. “Daxıl” sistemi tətbiq edildiyi təqdirdə sığortaçılar agent rolunda çıxış edəcəklər. Sığotaçılar topladıqları sığorta haqlarını “daxıl”a köçürəcəklər və “daxıl”dan sığorta şirkətlərinə satışın həyata keçirilməsinə görə 10-15 faiz komisyon haqları ödəniləcəkdir. Yəni, sığorta şirkətinin funksiyasını “daxıl”, agentin funksiyasını isə sığorta şirkəti həyata keçirəcəkdir. Bu halda zərərlərin qiymətləndirilməsi və ödənilməsidə daxıl tərəfindən aparılaraq sığortalıların hüquqların və maraqlarının qorunmasına töhfə verəcək. Qeyd edilən sistem qabaqcıl beynəlxalq təcrübədən irəli gəlir”,- mənbə bildirib.

 

Qeyd edilən sistemin tətbiqi sığortaçıları çətin vəziyyətə sala bilər. 2016-cı ildə  icbari sığorta bazarı üzrə ümumilikdə 168 milyon manat sığorta haqqı toplanmışdır. Əgər belə bir dövrdə sığortaçılar 168 milyon manatlıq dövriyyədən məhrum edilərsə (bu vəsaitlər hüquqi şəxs olan “daxıl”ın hesabında toplanır), bu qərar onların maliyyə vəziyyətlərinə  çox mənfi təsir edə bilər. Çünki sığorta şirkətləri topladıqları sığorta haqları ilə yanaşı həmçinin bu vəsaiti investisiya edərək əlavə gəlirlər də əldə edirlər. “Sığorta daxıl”ı modeli tətbiq edilərsə, şirkətlər belə bir imkandan məhrum olacaqlar. Maliyyə Bazarlarına Nəzarət Palatası sığortaçılarla görüşlərdə elan edib ki, onun əsas məqsədi maliyyə bazarlarının dayanıqlığını təmin etmək və istehlakçıların hüquqlarını qorumaqdır.

13.02.2017 08:58

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ