Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Dövriyyədə olan nağd pullar artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövriyyədə olan nağd pullar artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dövriyyədə olan nağd pullar İyul ayında 173,1 milyon manat və ya 2,2% artaraq 7 milyard 987.6 milyon manata çatıb.

 

Reklam_3_11

“Marja” Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, ötən ilin eyni ayı ilə müqayisədə dövriyyədə olan nağd pullar 508 milyon manat və ya 6,8% artıb.

 

2018-ci ilin İyul ayının sonuna pul bazası 10 milyard 79.1 milyon manat olub. İyun ayı ilə müqayisədə pul bazası 405 milyon manat və ya 4,2% artıb. Ötən ilin eyni İyul ayı ilə müqayisədə isə artım 639 milyon manat və ya 6% təşkil edib.

 

2018-ci ilin İyul ayının sonunda manatla pul bazası 8 milyard 888.9 milyon manat, müxbir hesablar isə 2 milyar 61.9 milyon manat olub.

 

Pul bazası dedikdə - pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir. Pul kütləsi isə dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.

04.09.2018 04:53

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ