Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

İstehlak kreditində İyul rekordu - ƏHALİ ŞƏXSİ İSTEHLAK ÜÇÜN BORCUNU ARTIRIR

iç səhifə xəbər başlığı altı (mobil)_31
İstehlak kreditində İyul rekordu - ƏHALİ ŞƏXSİ İSTEHLAK ÜÇÜN BORCUNU ARTIRIR

Banklar tərəfindən əhaliyə ayrılan istehlak kreditləri artır.

 

Reklam_3_11

“Marja” Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, 2018-ci ilin İyul ayının sonunda istehlak kreditlərinin cəmi məbləği 3 milyard 134,2 milyon manata çatıb. Bu, cari ilin İyun ayının sonu ilə müqayisədə 103,3 milyon manat çoxdur. İyunun sonunda istehlak kreditləri 3 milyard 30.9 milyon manat təşkil etmişdi.

 

İyuldakı artım 2018-ci ilin ödən dövründə qeydə alınmış ən böyük artımdır. Bu il istehlak kreditlərinin artımında ən böyük məbləğ İyuldan öncə Mayda qeydə alınmışdı.

 

Belə ki, istehlak kreditləri Yanvarda 54,2 milyon manat, Fevralda 1,2 milyon manat azalmış, Martda 43,4 milyon manat, Apreldə 47,4 milyon manat, Mayda 102,2 milyon manat, İyunda isə 24,1 milyon manat artmışdı.

 

2017-ci ilin sonu ilə müqayisədə isə istehlak kreditləri  265 milyon manat artıb.

 

İstehlak krediti – sahibkarlıq və ya peşə fəaliyyəti, habelə daşınmaz əmlakın əldə edilməsi və tikintisi ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxslərə verilən kreditdir. İstehlak kreditinin məqsədi şəxsi istehlakdır.

 

Mln.manat

2017 Dekabr -2869,2

Yanvar -2815

Fevral- 2813,8

Mart- 2857,2

Aprel- 2904,6

May - 3006,8

İyun - 3030,9

İyul - 3134,2

04.09.2018 05:19

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ