Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bu aqroparkda "ağıllı” macar camışları saxlanılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu aqroparkda "ağıllı” macar camışları saxlanılır

İnnovativliyi ilə seçilən müasir təsərrüfat subyektləri arasında aqroparklar xüsusi seçilir. Belə təsərrüfatlardan biri də Ucar rayonunun Şilyan kəndi ərazisindədir. Ümumilikdə aqroparkın 2435 hektar torpaq sahəsi var. Burada cari il üçün 1500 hektarda soya, arpa, buğda və qarğıdalı əkilib. Həmçinin 500 hektar sahə yonca əkininə saxlanılıb.

 

Reklam_3_11

Aqroparkın məsul işçisi Tahir Kərimov bildirdi ki, qarşıya qoyulan vacib məsələlərdən biri də Damazlıq Camışçılıq Təsərrüfatının yaradılmasıdır. Tikinti işləri əsasən yekunlaşıb. Hazırda son tamamlama işləri icra olunmaqdadır. 200 başlıq tövlə, sağım sexi, müayinə otağı, doğum məntəqəsi təşkil olunub. Burada ehtiyat su mənbəyinin yaradılması üçün nasosxana da var.

 

Ərazinin suya olan tələbatı yüksək səviyyədə təmin olunub. İki mənbədən istifadə edilir. Su Baş Şirvan kanalından - R-13 adlanan mənbədən daxil olur. Bundan başqa, Acınohur adlanan sahə də aqroparkın ərazisinə düşür. Həmin ərazi təxminən 800 hektardır. Orada bitən qamış camışların sevdiyi yemdir. Onlar bu əraziyə buraxılmaqla həm ayaqları açılır, həm də qidalanma imkanları yaranır. Camışların yuyulması üçün əvvəldən ərazidə olan təbii gölün potensialından istifadə ediləcək. Əlavə olaraq gigiyenanın tam gözlənilməsi üçün ayrıca yuyucu sexi də fəaliyyət göstərir.

 

Təsərrüfata indiyədək Macarıstandan 125 baş camış gətirilib. Ümumilikdə isə ərazi 400 baş camış üçün nəzərdə tutulub. Seçim zamanı macar sortlarına üstünlük verilməsinin səbəbini açıqlayan Tahir Kərimov dedi:

 

- Ümumiyyətlə, zamanında camışçılıq sovxozunda 5 il mühasib işləmişəm. Qardaşım da həmin sovxozda 20 il müxtəlif vəzifələrdə çalışıb. Bu sahə bizim üçün yad deyil. Təsərrüfata məhz hansı camışların alınıb gətirilməsi məsələsində məsuliyyət mənim üzərimə düşdü. Əvvəlcə İranda oldum. Lakin buradakı yerli sortlar əsasən qarışıq olduğundan bizi təmin etmədi. İkinci müraciət etdiyimiz məkan Macarıstan oldu. Bunun da başlıca səbəbi həmin ölkədə seçimini apardığımız camışların saxlanılmasının iqtisadi baxımdan daha səmərəli olması idi. Alınan camışlardan 122-si bala verən, 3-ü erkəkdir. Artıq camışlardan 9-u bala verib. Balaların diri çəkisi təxminən 30-40 kiloqram arasındadır.

 

Məhsuldarlığa gəldikdə isə, camışların ilk iki balası götürüldükdən sonra onlardan gündəlik 10-12 litr süd alınır.

 

Bu camışlar eyni zamanda "ağıllı” hesab olunur. Onlar bir dəfə sağım sexinə salındıqdan sonra ikinci dəfə artıq özləri sakit şəkildə eyni vaxtda həmin yerə gəlirlər.

 

"XƏSTƏLİK RİSKİ AZDIR"

 

Müsahibimiz deyir ki, camışın ən üstün cəhətlərindən biri də xəstəlik riskinin az olmasıdır. Əsas rast gəlinən camışın boğazında müşahidə olunan xortdək xəstəliyidir. 6 aydan bir tədbir görüldükdə bu hal da aradan qalxır. İkincisi isə dabaqdır. Ona qarşı da zamanında peyvəndləmə aparıldıqda problem yaranmır.

 

Ucarın iqliminin isti olması burada camışçılığın aktuallığını artırır. Çünki rayonda havalar çox isti keçdiyindən cins inəklər daha tez qızdırır və onlar üçün yaşam riski yaranır. Camışlarda isə əksinədir.

 

YAĞ SEXİ QURULACAQ

 

Müəssisənin texniki təminatının normativ tələblərə uyğunlaşdırılmasına xüsusi diqqət ayrılır. Təsərrüfata südün saxlanması, sonradan emalı və ya satışını təşkil etmək üçün 3 və 5 tonluq xüsusi termoslar alınıb. Sərinləşdirmə xüsusiyyətinə malik olan həmin termosların içərisindəki məhsulun keyfiyyətli şəkildə qışda 1 ay, yayda isə 7-10 gün müddətinə saxlanılması mümkündür. Ümumiyyətlə, burada işin kompleks şəkildə qurulması hədəf götürülür. Belə ki, yağ, qaymaq sexlərinin qurulması da nəzərdə tutulur.

 

Ərazidə gedən tikintidə 60-70 nəfərin məşğulluğu təmin olunub. Hazırda son tamamlama işlərində 20-25 nəfər çalışır. İşin həcmi artdıqca bu, şübhəsiz ki, işçilərin sayına da təsirini göstərəcək.

 

© "Azərbaycan”

04.09.2018 06:17

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ