Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Siyəzən Broyler”ə təcili pul lazımdır – SƏHMLƏRİNİ VƏ ƏMLAKINI GİROV QOYACAQ

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Siyəzən Broyler”ə təcili pul lazımdır – SƏHMLƏRİNİ VƏ ƏMLAKINI GİROV QOYACAQ

“Siyəzən Broyler” dövriyyə vəsaitlərinin artırılması üçün banklardan və fondlardan kredit götürməyi planlaşdırır.

 

Reklam_3_11

“Marja” ASC-nin rəhbərliyinə istinadən xəbər verir ki, 9 oktyabr 2018-ci il tarixində “Siyəzən Broyler” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.

 

İclasın gündəliyinə “Siyəzən Broyler” ASC-nin dövriyyə vəsaitlərinin artırılması üçün banklardan və fondlardan kredit götürülməsi ilə bağlı və “Siyəzən Broyler” ASC tərəfindən götürüləcək kreditin təminatı kimi səhmlərin və əmlakın girov (ipoteka) qoyulması ilə bağlı məsələlər daxildir.  

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir. Səhmdarlar ümumi yığıncağın gündəliyinə dair sənədlərlə tanış olmaq üçün cəmiyyətin yerləşdiyi ünvana müraciət edə bilərlər.

 

4 yanvar 2018-ci il tarixində “Siyəzən Broyler” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağının keçiriləcəyi və iclasda ASC-nin yenidən təşkil olunaraq tərkibindən ayrılma nəticəsində yeni hüquqi şəxsin yaradılmasına baxılacağı açıqlanmışdı. İclasın nəticəsi barədə ictimaiyyətə məlumat verilməyib.

 

Məlumat üçün bildirək ki, "Siyəzən Broyler” ASC quşçuluq fabriki Azərbaycanın şimal şərqində yerləşir. “Siyəzən Broyler” ASC quşçuluq fabriki 1984 -cü ildə tikilib istifadəyə verilmişdir. Təyinatına görə Respublikada ən iri ətlik istiqamətli quşçuluq təsərrüfatlarından biridir. Müəssisədə texnoloji avadanlıqlar vaxtilə Macarıstanın “Baboylo” firması vasitəsilə gətirilərək, onların mütəxəssisləri tərəfindən quraşdırılmışdır. 2000-ci ildən etibarən “Siyəzən Broyler” fabriki Açıq Səhmdar Cəmiyyəti kimi fəaliyyətə başlamışdır. Fabrikdə bir çox çeşiddə quş əti və yumurta istehsal olunur. Fabrikin illik ət istehsalı 21 000 tondur.

04.09.2018 06:26

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ