Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

İran və Rusiyadan milli pul vahidi qərarı - Dollardan imtina

iç səhifə xəbər başlığı altı (mobil)_31
İran və Rusiyadan milli pul vahidi qərarı - Dollardan imtina

İran və Rusiyanın qarşılıqlı ticarətdə milli pul vahidləri istifadə etmək üzrə ilkin razılığa gəldiyi bildirilir.


 
"Marja" İranın "Mehr" xəbər agentliyinə istinadən xəbər verir ki, İran Rabitə və İnformasiya Texnologiyaları Naziri və İran-Rusiya Əməkdaşlıq Komissiyasının Həmsədri Mahmud Vaizi, paytaxt Tehranda 13-üncüsü keçirilən İran-Rusiya Birgə İqtisadi Komissiyasının iclası haqqında məlumat veriblər.


 
 Görüşlər çərçivəsində iki ölkə arasında enerji başda olmaqla 10 müqavilə imzalandığını bildirən Vaizi, ticarətin önündəki əngəlləri qaldırmaq üçün iki ölkənin banklarının İran və Rusiyada qarşılıqlı şöbələr açmasının qərarlaşdırıldığını söyləyib.
 


İran və Rusiya arasında qarşılıqlı ticarətdə milli pul vahidləri istifadə edilməsi məsələsində də danışıqlar aparıldığını bildirən Vaizi, "İran və Rusiya qarşılıqlı ticarətdə dolların əvəzinə rial və rubl istifadə etmək məsələsində razılaşdıq. İki ölkənin mərkəzi bankları arasında yaxın vaxtlarda danışıqlar başlayacaq". deyib.
 


Vaizi, ticarətdə dollardan imtina etmək üçün xüsusi mexanizmlərə ehtiyac olduğunu ancaq iki ölkənin iradəsinin bu istiqamətdə olduğunu bildirib.
 


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qısa müddət əvvəl verdiyi bəyanatda, xarici ticarətdə milli pul vahidini  istifadə edilməsinin əhəmiyyətinə işarə edərək, Rusiya, Çin və İrana milli pul vahidləri ilə ticarət etməyi təklif etdiyini, tərəflərin da bu təklifi müsbət qarşıladığını söyləmişdi.

14.12.2016 10:32

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ