"AccessBank" növbəti dəfə regionlarda məktəbliləri sevindirdi

® "AccessBank" Korporativ Sosial Məsuliyyət siyasəti çərçivəsində növbəti tədbir keçirib.

 

Belə ki, bank qarşıdan gələn 15 sentyabr - Bilik günü münasibətilə Göyçay və Şəkidə 100-dən çox aztəminatlı ailələrdən olan məktəblini sevindirib. İbtidai sinif şagirdlərinə "AccessBank" tərəfindən məktəbli çantası və dərs ləvazimatları hədiyyə olunub.

 

Sosial tədbir hər iki rayonun ictimaiyyəti tərəfindən olduqca müsbət qarşılanıb.

 

"AccessBank"ın Marketinq/Korporativ Bankçılıq departamentinin direktoru Günay Cəlilova: "Korporativ Sosial Məsuliyyət siyasətinə həssas yanaşan bankımız üçün təhsil sahəsi hər zaman prioritetlərdən biri olub. Bank tərəfindən mütəmadi olaraq bölgələrimizdə bu tipli tədbirlər keçirilir. Tədbirimizə qatılan hər bir məktəbli bizim parlaq gələcəyimizdir və biz gələcəyimizi daha da parlaq etmək üçün əlimizdən gələni etməliyik. Əminliklə deyə bilərəm ki, "AccessBank" bundan sonra da təhsil sahəsinə dəstəyini əsirgəməyəcək".

4 Sentyabr 2018 , 10:15   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin