Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bir hərbçi ölüb, iki mülki şəxs xəsarət alıb - YENİ AÇIQLAMA

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bir hərbçi ölüb, iki mülki şəxs xəsarət alıb - YENİ AÇIQLAMA
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) sərhəd-buraxılış məntəqəsində ölümlə nəticələnən hadisə ilə bağlı məlumat yayıb.

 

DSX-nın mətbuat mərkəzindən verilən məlumatda bildirilir ki, 2018-ci ilin sentyabr ayının 3-də saat 21:10 radələrində “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsinin rejim zonasında Azərbaycan Respublika­sının ərazisindən Gürcüstan istiqamətində hərəkət edən GG-415-YY GEO dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü 1993-cü il təvəllüdlü Gürcüstan vətən­daşı Ajevanidze Levanın idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi bu­raxılış məntəqəsinin darvazısını sındırıb və Dövlət Sərhəd Xidmətinin həmin yerdə xidmət aparan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu 1994-cü il təvəllüdlü çavuş Süleymanov Ələnnur Xəlilulla oğlunu vurub.

 

Hərbi qulluqçu aldığı xəsarətlərdən vəfat edib, hadisə zamanı 1 ədəd minik avtomobili əzilib və 2 nəfər mülki şəxsə yüngül xəsarət yetirilib.

 

Ağır nəticələrə səbəb olan qəza hadisəsini törətmiş sürücü saxlanılıb və Qazax rayon polis şöbəsinə təhvil verilib. Hazırda hadisə ilə əlaqədar istintaq tədbirləri həyata keçirilir.

 

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi xidməti vəzifələrinin icrası zamanı həlak olmuş çavuş Süleymanov Ələnnur Xəlilulla oğlunun vəfatından kədər­ləndiyini bildirir, mərhumun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

04.09.2018 08:30

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ