Neft və qazdan gəlirimiz 137 milyard dolları aşıb

2001-ci ildən etibarən "Azəri Çıraq Günəşli" (AÇG) yatağı üzrə əldə olunan ümumi gəlirlər 01.09.2018 tarixinə 135 milyard 142 milyon ABŞ dolları təşkil edib.

 

Dövlət Neft Fondundan "Marja"ya daxil olmuş məlumata görə, 01.01.2018 - 01.09.2018 tarixləri ərzində isə AÇG yatağından 6 milyard 656 milyon ABŞ dolları gəlir əldə edilib.

 

O cümlədən, "Şahdəniz" yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər – (01.01.2018 - 01.09.2018 tarixinə) 115 milyon ABŞ dolları təşkil edib.

 

2007-ci ildən etibarən "Şahdəniz" yatağı üzrə qazın satışından əldə olunan ümumi gəlirlər isə 01.09.2018 tarixinə 2 milyard 506 milyon ABŞ dollarına çatıb.

4 Sentyabr 2018 , 11:13   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin