Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

PAŞA Sığorta artıq yeni ünvanda

iç səhifə xəbər başlığı altı (mobil)_31
PAŞA Sığorta artıq yeni ünvanda

PAŞA Sığorta şirkəti artıq müştəriləri yeni ofisdə qarşılayacaq.

 

Reklam_3_11

Bu barədə şirkətdən məlumat verilib.

 

PAŞA Sığorta şirkətinin baş ofisi M.Useynov prospekti, 61 ünvanında yerləşən “Sahil Plaza” adlanan yeni binaya köçüb (“Dalğa Plaza ilə üzbəüz”). Baş ofisdə şirkət rəhbərliyi, müştəri xidmətləri, sığorta iddiaları və hüquqi təminat departamenti də daxil olmaqla, şirkətin bütün struktur bölmələri yerləşir.

 

Qeyd etmək istərdik ki, PAŞA Sığorta şirkətinin baş ofisi L. Tolstoy 170 ünvanında yerləşirdi. Şirkətin baş ofisində yerləşən müştəri xidmətləri, sığorta iddiaları və hüquqi təminat departamenti 6 fevraldan etibarən artıq yeni ünvanda müştəriləri qarşılayır.

 

Şirkətin əlaqə nömrələri də dəyişib : (012) 5051222, (012) 5051221 (faks).

 

Qeyd edək ki, PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. PAŞA Holding qrupunun üzvü olan PAŞA Sığorta korporativ və fərdi müştərilərə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Müştərilərinin məmnuniyyətini daima yüksək səviyyədə saxlayan PAŞA Sığorta 10 illik fəaliyyət müddəti ərzində ümumilikdə 115 890 100 AZN sığorta ödənişi etmişdir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətidir.

13.02.2017 09:35

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ