Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Bu ali məktəb Azərbaycan təhsili tarixində rekordu yenilədi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu ali məktəb Azərbaycan təhsili tarixində rekordu yenilədi

Əsas məqsədi ingilis dilində təhsil almış yüksək ixtisaslı mühəndis kadrlar hazırlamaq olan Bakı Ali Neft Məktəbi (BANM) Azərbaycan təhsili tarixində rekordu yeniləyib.

 

Reklam_3_11

Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarının hər iki mərhələsi üzrə ümumi 13 nəfər 700 bal toplayıb və onların hamısı BANM-ı seçib.

 

700 bal toplamış abituriyentin hər biri artıq Ali Məktəbdə qeydiyyatdan keçiblər. Onların BANM-dakı ixtisas seçimi aşağıdakı kimi olub:

 

1. Xəyal Fərzəliyev - İnformasiya təhlükəsizliyi

2. Elgün Zamanlı - İnformasiya təhlükəsizliyi

3. Əsra Bayramova - İnformasiya təhlükəsizliyi

4. Şəkər Qədirli - İnformasiya təhlükəsizliyi

5. Aslan Aşirov - İnformasiya təhlükəsizliyi

6. Tapdıq Məhərrəmli - İnformasiya təhlükəsizliyi

7. Vasif Əsədov - Proseslərin avtomatlaşdırılması mühəndisliyi

8. Kənan Məhəmmədli - Proseslərin avtomatlaşdırılması mühəndisliyi

9. Azər Zeynallı - Proseslərin avtomatlaşdırılması mühəndisliyi

10. Sona Mehdizadə - Proseslərin avtomatlaşdırılması mühəndisliyi

11. İlqar Məmmədov - Proseslərin avtomatlaşdırılması mühəndisliyi

12. Anar Abıyev - Proseslərin avtomatlaşdırılması mühəndisliyi

13. Rüstəm Qarayev - Proseslərin avtomatlaşdırılması mühəndisliyi

 

Qeyd edək ki, ötən il də I qrup üzrə 7 nəfər 700 ballı abituriyentin hamısı BANM-ı seçmişdi. Bu zamana qədər BANM-dan başqa Azərbaycanın heç bir universiteti bu göstəricini reallaşdıra bilməyib.

 

Bu il bütün ixtisas qrupları üzrə 700 bal toplamış abituriyentlərin seçdikləri ali məktəblərin statistikası isə belədir:

Ali Məktəbin adı

abituriyentin sayı (nəfər)

1

Bakı Ali Neft Məktəbi

13

2

Azərbaycan Tibb Universiteti

5

3

ADA Universiteti

5

4

Bakı Dövlət Universiteti

3

5

Dövlət İdarəçilik Akademiyası

2

6

Azərbaycan Dövlət İqtisad Universiteti

1

05.09.2018 08:12

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ