Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

İlk dəfə Hədiyyələr və Promo Məhsulları sərgisi keçiriləcək - TARİX

iç səhifə xəbər başlığı altı (mobil)_31
İlk dəfə Hədiyyələr və Promo Məhsulları sərgisi keçiriləcək - TARİX

Azərbaycanda ilk dəfə olaraq, 20-22 sentyabr tarixlərində “Boulevard Hotel Baku” otelində 1-ci Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları “Gift&Promo Fair 2018” sərgisi keçiriləcək.

 

“Gift&Promo Fair 2018” sərgisi müxtəlif kateqoriyalarda suvenirlərin geniş çeşidini təqdim etməklə yanaşı, hədiyyəlik məhsullar, interyer əşyaları, qab-qacaq, bayram məhsulları, biznes-suvenirlər, korporativ hədiyyələr, zərgərlik əşyaları və s. bu kimi məhsulların istehsalı sahəsində qlobal inkişaf təmayüllərini əks etdirəcək.

 

Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” (“CEO”) şirkəti çıxış edir.

 

Keçiriləcəyi 3 gün ərzində “Gift&Promo Fair 2018” sərgisi yüksək keyfiyyətli məhsulların geniş çeşidi və bütövlükdə, bu sahənin inkişafı ilə yaxından tanış olmaq üçün unikal imkan yaradacaq. Sərgidə Azərbaycan, Almaniya, Bəhreyn Krallığı, Çin, İndoneziya, Qazaxıstan, Rusiya və Ukraynadan olan iştirakçılar öz təşviqat məhsullarını, eləcə də hədiyyələr, hədiyyəlik qutular və dəri məmulatlarını (qovluqlar, qutular, çantalar, cüzdanlar və s.), o cümlədən suvenir məmulatlarının bütün növlərini və toxuculuq mallarını (qısaqol idman maykaları, kepkalar, gödəkcələr, şərflər, bayraqlar və s.) təqdim edəcəklər.

 

“Gift&Promo Fair 2018” sərgisi əlavə tədbirlər proqramı ilə müşayiət olunacaq, belə ki, sərginin ilk iş günündə eksponentlər və potensial sifarişçilər arasında heç bir vasitəçi olmadan işgüzar danışıqlar aparmaq və sıx əlaqələr qurmaq üçün “B2B” formatlı görüşlər təşkil ediləcək. Sərginin ikinci iş günündə də iştirakçı şirkətlər və onların potensial sifarişçiləri arasında görüşlər keçiriləcək, lakin bu görüşlərin formatı bir qədər fərqli olacaqdır - bu görüşlər çərçivəsində müxtəlif səpgili müzakirələr aparılacaq, çıxış edənlər isə məhz sifarişçilər olacaqdır. Sözügedən müzakirələr zamanı sifarişçilər təşviqat məhsulları təklif edən şirkətlər ilə bağlı gözləntilərindən, eləcə də hansı məhsullara olan tələbatın təklifləri üstələdiyindən danışa biləcəklər. İştirakçılar isə bu müzakirələr çərçivəsində ən yaxşı ideyaları səsləndirməklə yanaşı, münasib qiymətə ən yaxşı keyfiyyəti təklif etmək imkanı qazanacaqlar. Bu qəbildən olan müzakirələr bazarın inkişafına, habelə iştirakçılar arasında qarşılıqlı fayda verən möhkəm əlaqələrin qurulmasına şərait yaradacaq. Həmçinin bu sərgidə ilk dəfə olaraq promo-geyimlər də nümayiş etdiriləcək. Bu cür moda nümayişi geyimlərin istehsalı və brendinqində şirkətlərin keyfiyyət və imkanlarının ziyarətçilərə əyani şəkildə nümayiş etdirilməsinə kömək edəcək.

05.09.2018 08:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ