Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan pasportunun hörməti artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan pasportunun hörməti artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32


"Henley&Partners" şirkəti müxtəlif ölkələrin vətəndaşları üçün hərəkət azadlığı dərəcəsini göstərən pasport reytinqini dərc edib.

 

Reklam_3_11

Bu reytinqdə 72-ci yeri tutan Azərbaycan pasportu 66 ölkəyə vizasız səfər etmək hüququ verir. Bu şirkətin əvvəlki reytinqində Azərbaycan pasportu 74-cü yeri tutduğu halda, indi Azərbaycan pasportunun iki pillə irəliləyərək reytinqini yaxşılaşdırdığını qeyd etmək lazımdır.

 

2018-ci ildə reytinqin liderləri Sinqapur və Yaponiya olub. Bu ölkələrin vətəndaşları viza almadan 189 ölkəni ziyarət edə bilirlər. 188 ölkəyə vizasız girişə hüquq verən Almaniya pasportu reytinqdə ikincidir. Üçüncü pillədə isə eyni anda 7 ölkənin paspotu qərarlaşıb: Danimarka, İsveç, İtaliya, Cənubi Koreya, İspaniya, Fransa və Finlandiya pasportuna malik olan şəxslər vizasız dünyanın 187 ölkəsinə giriş edə bilərlər.

 

Daha əvvəl viza məhdudiyyətlər indeksi kimi tanınan pasport indeksi 2006-cı ildən etibarən İsveçrənin "Henley&Partners" şirkəti tərəfindən Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) ilə əməkdaşlıq çərçivəsində tərtib olunur.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

05.09.2018 10:07

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ