Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Naxçıvanda sığortanın satışı canlandırılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Naxçıvanda sığortanın satışı canlandırılacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu ilin 8 ayında Naxçıvan şəhəri üzrə 12 min 680 sığorta müqaviləsi bağlanılıb. Onlardan da 2485-i avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, 4411-i daşınmaz əmlakın icbari sığortası olub.

 

Reklam_3_11

Bu faktlar Naxçıvan Şəhər İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi ilə birgə şəhərdə sığorta işinin mövcud vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsi ilə bağlı keçirilən tədbirdə səsləndirilib.

 

Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxış edərək, son dövrlərdə şəhərdə sığorta sahəsində görülmüş işlərdən danışıb.

 

Sonra Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov muxtar respublikada sığorta işinin təkmilləşdirilməsi və müasir tələblərə uyğun genişləndirilməsində 2011-ci il noyabrın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Muxtar respublikada sığorta fəaliyyəti və qarşıda duran vəzifələr barədə” keçirilən müşavirənin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

 

“Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi və mədəni sahədə yüksələn inkişaf dinamikası sığortaya olan tələbi daha da artırıb. İnkişaf edən cəmiyyətin bir tələbi kimi sığortaya olan marağın artmasında vətəndaşların qarşılaşdığı gözlənilməz hadisələrdən dəymiş maddi zərərlərə görə aldığı sığorta ödənişlərinin əhəmiyyəti böyükdür”, - deyən Hikmət Əsgərov qeyd edib ki, muxtar respublikada əhalinin gəlirlərinin artması, iqtisadi fəallığın yüksəlməsi, öz növbəsində, sığorta münasibətlərinin də inkişafını şərtləndirir. Belə ki, müasir dövrdə insanlar evdə, işdə, yolda qarşılaşa biləcəyi hər cür gözlənilməz hadisələrdən sığorta olunmağa xüsusi əhəmiyyət verirlər. Belə gözlənilməz hadisələrlə isə insanlar hər yerdə rastlaşa bilərlər.

 

Diqqətə çatdırılıb ki, baş vermiş müxtəlif gözlənilməz hadisələrə qarşı vaxtında sığorta olunmaq dəymiş zərərlərin qısa müddətdə bərpa edilməsinə şərait yaradır. Belə ki, sığorta hadisələrinin vurduğu maddi zərərlərə görə verilən ödənişlər insanlara maddi kömək üçün mühüm bir vasitədir. Bunun üçün sığorta sahəsində geniş izahat-maarifləndirmə işlərinin aparılmasının zəruri olduğu vurğulanıb.

 

Bildirilib ki, ölkəmizdə qüvvədə olan mövcud qanunlara əsasən vətəndaşlara və sahibkarlara məxsus daşınmaz əmlakın, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari qaydada sığortalanması həyata keçirilir.

 

Çıxışda ev əmlakı, fərdi qəza sığortaları və digər könüllü sığorta növlərinin də əhəmiyyəti qeyd olunaraq, bu sahədə işlərin genişləndirilməsi zərurəti də diqqətə çatdırılıb.

 

Baş direktor vurğulayıb ki, qarşıda bu sahədə maksimum nəticə əldə etmək, əhali arasında sığorta mədəniyyətini daha da yüksəltmək və kütləviliyi təmin etmək kimi əhəmiyyətli vəzifələr durur.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Azərtac

05.09.2018 11:16

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ