Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Rusiyada Azərbaycanın çay evləri fəaliyyətə başlayacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiyada Azərbaycanın çay evləri fəaliyyətə başlayacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32


2018-ci ilin sonunadək Rusiyada Azərbaycanın çay evləri fəaliyyətə başlayacaq.

 

"Marja" xəbər veri ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev müsahibəsində bildirib.

 

"Azərbaycanın xaricdə ilk ticarət nümayəndəliyinin məhz Rusiya Federasiyasında yaradılması iqtisadi-ticarət əlaqələrinin inkişafına verilən önəmin göstəricisidir. Bu ilin mayında Həştərxanda Heydər Əliyev Fondunun dəstəyi ilə açılmış Azərbaycan İş Mərkəzi iqtisadi əlaqələrin genişlənməsində xüsusi əhəmiyyətə malik mexanizmdir.

 

2018-ci ilin sonunadək İş Mərkəzində şərab və çay evləri fəaliyyətə başlayacaq. Bu il, həmçinin Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan Ticarət Evinin, Moskva və Sankt-Peterburq şəhərlərində isə Azərbaycan Şərab evlərinin açılması planlaşdırılır. Bakıda Rusiya İxrac Mərkəzinin nümayəndəliyinin açılması, Moskvadakı Ümumrusiya Sərgi Mərkəzində Azərbaycan pavilyonunun yaradılması istiqamətində görülən işlər ticarət əlaqələrinin genişlənməsinə əhəmiyyətli töhfələrdir",- nazir bildirib.

05.09.2018 14:40

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ