Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Mənzil seçimi etmiş vətəndaşların 90%-i ərizələrini imzalayaraq təqdim etmişdir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Mənzil seçimi etmiş vətəndaşların 90%-i ərizələrini imzalayaraq təqdim etmişdir"

Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında yerləşən 324 mənzilin seçimi başa çatdırılmışdır.

 

MİDA-dan "Marja"ya daxil olmuş məlumata görə, güzəştlə mənzil əldə etmək hüququna malik olan vətəndaşlar Elektron İmza (www.e-imza.az) və ya Asan İmza (www.asanimza.az) ilə “Güzəştli mənzil” sistemində öz elektron kabinetlərinə daxil olub real vaxt rejimində mənzilləri bərabər şəraitdə seçim  imkanına malik olmuşdur.

 

Mənzili seçmiş vətəndaşlara ərizələrinin imzalanması üçün növbəti günün sonuna qədər vaxt verilsə də, bu saata olan məlumata əsasən onlardan 90%-dən çoxu artıq mənzil seçimi ərizələrini imzalayaraq təqdim etmişdir.

 

İmzalama prosesində vətəndaşların Elektron İmza və Asan İmzadan istifadəsi, onlayn imzalayıcı proqramının kompüterlərə yüklənməməsi və digər suallarla bağlı MİDA-ya və 108 Çağrı Mərkəzinə daxil olan müraciətlərin xüsusi işçi qrup tərəfindən operativ cavablandırılması təmin edilmişdir. Hər bir müraciət işçi qrup tərəfindən dərhal dəqiqliklə araşdırılmış və vətəndaşlara lazımi köməklik göstərilməsi üçün bütün zəruri tədbirlər həyata keçirilmişdir.

05.09.2018 17:55

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ