Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Uduzan istehsalçı, qazanan işbazdır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Uduzan istehsalçı, qazanan işbazdır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu gün paytaxtda satılan məhsulla kəndlinin satdığı məhsulun qiyməti arasında kəskin fərq var. Belə ki, min bir əziyyət çəkib məhsul yetişdirən kəndli ya az qazanır, ya da demək olar ki, qazanmır. Arada olan işbazlar isə, necə deyərlər, "qaz vurub qazan doldururlar”.

 

Avqust ayında jurnalist kimi bu məsələni araşdırdıqda məlum oldu ki, "Meyvəli bazar”da 8 kiloqramlıq yeşiklə dolu şaftalı 6 manata satıldığı halda, 4-5 kilometr məsafədə yerləşən Yeni Yasamalda bu məhsulun hər kiloqramı 2 manat 50 qəpiyə satılır. Belə ki, il boyu bu məhsulu yetişdirən kəndli kiloqramı 1 manat 30 qəpiyə satdığı halda işbazlar bundan dəfələrlə çox qazanır. Həmin bazarda yemişin 1 kiloqramı 30-50 qəpik arasında satıldığı halda paytaxtda 1 manat 50 qəpiyə satılır. Bu hal bütün kənd təsərrüfatı məhsullarının qiymətində müşahidə olunur. Görün, nə qədər qiymət fərqi var. Kimi zəhmət çəkir, kimi də zəhmət çəkmədən pul qazanır. Uduzan istehsalçı, narazı qalan da şəhər sakinləridir.

 

Belə halda məşhur "Nə etməli?” sualına cavab axtarmalı oluruq. Dövlət topdan və pərakəndə satışla məşğul olmur. Ancaq bazarda məhsul satışının tənzimlənməsi üçün mütləq alternativ olmalıdır. Bu işlə bələdiyyələr məşğul ola bilərlər. Şəhərin bütün rayonlarında bələdiyyələrin satış məntəqələri və mağazaları fəaliyyət göstərməlidir. Hətta məhsulun səyyar qaydada ixtisaslaşdırılmış maşınlarla satışını da təşkil etmək olar. Təki istək olsun...

 

Burada bir məqama toxunmaq istərdik. Heç kəsə sirr deyil ki, paytaxtda sakinlər bəzi bələdiyyələrin fəaliyyətindən narazıdır. Onlara bu barədə irad tutulanda "neyləyək, vəsaitimiz yoxdur” deyirlər. Bu da vəsait qazanmağın bir yolu!

 

Dünya təcrübəsində də belə hal mövcuddur. Ancaq bir şərtlə: bələdiyyələr qazanc götürmək üçün işbazlarla yarışa çıxmamalıdır. Mağazaların, satış məntəqələrinin və səyyar maşınların üzərində bələdiyyələrə məxsusluğu qeyd edilməlidir. Alıcılar da bilməlidirlər ki, burada qiymətlər münasibdir. Belə alternativ variant işbazların əl-qolunu bağlayacaq. Bir sözlə, təklif bizdən, istək sizdən...

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

® "Azərbaycan”

06.09.2018 04:30

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ