Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Foreks: Dollar yenidən bahalaşa bilər - GÜNƏ BAXIŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Foreks: Dollar yenidən bahalaşa bilər - GÜNƏ BAXIŞ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ ilə Kanada arasında danışıqların bərpası və önəmli fundamental məlumatların da müsbət açıqlanması ehtimalları, dolları yenidən bahalaşdıra bilər.


 

Dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində bu həftə müşahidə edilən ucuzlaşma növbəti bahalaşma ilə əvəz edilə bilər. Amerika ilə Kanada arasında “NAFTA” ticarət sazışı danışıqlarının bərpası və çərşənbə günü Donald Tramp tərəfindən verilən müsbət açıqlamalar bu istiqamətdə aparıcı rol oynaya bilər.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

Keçən həftənin cümə günü danışıqların dayandırılmasından sonra ölkə rəsmilərinin cari həftə yenidən bir araya gəlməsi, maliyyə bazarlarında müsbət qarşılanıb. ABŞ, Kanada və Meksika arasında 1994-cü ildə yaradılan "NAFTA" ticarət sazışınin, ABŞ höküməti tərəfindən bəzi şərtlərinin yenidən müzakirələri son günlər maliyyə bazarlarında investorların diqqət mərkəzinə düşüb. Meksika ilə artıq keçən həftənin bazar ertəsi ilkin razılığın əldə olunmasına baxmayaraq, Kanada ilə xüsusilə, kənd təsərrüfatı investisiyaları sahəsində və hüquqi bazada müəyyən mövcud olan maneələr, razılığın əldə olunmasını çətinləşdirir. Kanadanın baş naziri keçən həftə açıqlamasında xalqının maraqlarına qarşı qərar verməyəcəyini bildirsə də, çərşənbə axşamı Donald Tramp danışıqları "intensiv" adlandırmaqla yanaşı, bundan sonra ABŞ-la ədalətli rəftar ediləcəyinə də ümid etdiyini əlavə edib: "Biz onların ədalətli rəftarı üçün kifayət qədər addım atmışıq". 

 

Bununla yanaşı, bu gün Amerikanın xidmət sektoru ilə bağlı açıqlanacaq önəmli fundamental məlumatlar da investorlar tərəfindən böyük maraqla gözlənilir. 

 

Beləliklə, foreks bazarlarında dolların qiymətində bahalaşma, EUR/USD məzənnəsinin 1.15$, GBP/USD məzənnəsinin isə 1.27$-a kimi ucuzlaşmasına səbəb ola bilər.

 

Qızılın qiymətində 1181$-a kimi ucuzlaşma proqnozları

 

Əlvan metallar bazarlarında isə qızılın bir unsiya üzrə qiyməti 1199$-a kimi bahalaşıb. Lakin burada da 1181$-a kimi ucuzlaşma müşahidə edilə bilər. 

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

 

06.09.2018 07:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ