Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bəzi yollarında yenidən sürüşmə və uçqun prosesləri aktivləşib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bəzi yollarında yenidən sürüşmə və uçqun prosesləri aktivləşib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Avqust ayı ərzində Azərbaycanın bəzi avtomobil yollarında yeni sürüşmə sahələri yaranıb, mövcud sürüşmə sahələrinin ölçüləri genişlənib, bəzi yollarda isə uçqun prosesləri baş verib.

 

Reklam_3_11

Bunu  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

 

Ə.Qaralovun sözlərinə görə, avqust ayı ərzində Lənkəran-Lerik yolunun 17-19-cu kilometrliyində uçqun-töküntü prosesləri, 27-29-cu kilometrliyində olan sürüşmə sahəsində uçqun-sürüşmə prosesinin dinamikasında aktivlik müşahidə edilib, yolboyu bir neçə yerdə uçqun-töküntü prosesləri qeydə alınıb.

 

Lənkəran-Lerik yolunun 45-47-ci kilometrliyindəki sürüşmə sahəsində isə yamac hissədə uçqun prosesləri və yeni çatlar qeydə alınıb.

 

Nazirlik rəsmisi əlavə edib ki, Lerik-Qoşmalyan-Kəlvəz avtomobil yolunun 10-cu kilometrliyində uçqun hadisəsinin dinamikasında aktivlik olub, yolun hərəkət hissəsində çökmə qeydə alınıb.

 

Ə.Qaralov əlavə edib ki, Lənkəranın Gəgiran kəndində sürüşmə sahəsinin parametrləri genişlənib. Lənkəranın Tükəvilə-Diryan-Gəgiran yolunun 12-ci kilometrliyində nisbi aktivləşmə, yolun hər iki çiynində çökmə-oturma prosesləri olub. Bununla yanaşı, Masallı-Yardımlı yolunun 13-15, 7-16- 24-25, 4-26-cı kilometrliyində yolboyu bir neçə yerdə uçqun-töküntü prosesləri və yolun yamac hissəsində yeni lokal sürüşmə prosesləri əmələ gəlib.

 

Ekspedisiya rəisi Cəlilabad-Cəngan-Soltankənd yolunun 17-ci kilometrliyindəki mövcud sürüşmə sahəsində nisbi aktivliyin müşahidə edildiyini söyləyib.

 

Ə.Qaralovun sözlərinə görə, Gədəbəy rayonunun Pirdağ sürüşmə sahəsində, Xızı-Altıağac yolunun 1-ci kilometrliyində mövcud sürüşmə sahəsində aktivlik olub, yolun hərəkət hissəsində müxtəlif ölçüdə eninə çatlar müşahidə edilib. Bu yolun 11-15-ci kilometrliyində nisbi aktivlik müşahidə olunub, yolun yamac hissəsində uçqun- töküntü prosesləri qeydə alınıb.

 

Mütəxəssis bildirib ki, Quba-Xınalıq avtomobil yolunun 37-46-cı kilometrliyində sürüşmə prosesinin dinamikasında nisbi aktivləşmə olub, yolboyu uçqun-töküntü prosesləri müşahidə edilib.

 

Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci kilometrliyində yolun sağ və sol yamacında sürüşmə sahəsinin ölçüləri artıb.

 

Bakı-Ağsu yolunun 132-156-cı kilometrliyində sürüşmə prosesi aktivləşib, lokal sahələrdə uçqun prosesləri qeydə alınıb.

 

Şamaxı-Qaleybuğurd-Keçməddin yolunun 24-25-ci kilometrliyində ötən aylar ərzində Ağsuçayda baş vermiş sel nəticəsində Keçməddin kəndinə giriş yolunun 35-40-metr hissəsində uçqun hadisəsi baş verib.

 

© Trend

06.09.2018 07:53

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ