Unibank-dan bir ilk - BİR NEÇƏ DƏQİQƏYƏ KREDİT ALMAQ İMKANI
Unibank ilk "Agile" məhsulunu biznes müştərilərinə təqdim etdi!
Artıq Unibankın biznes müştəriləri ümumiyyətlə banka gəlmədən bir neçə dəqiqə ərzində kredit ala biləcəklər. Buna bankın biznes sahibləri üçün hazırladığı onlayn kreditləşmə xidməti imkan yaradır.
Bankdan "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, ölkə bazarında bir ilk olan bu məhsul, biznes müştərilərinə cəmi 15 dəqiqə ərzindədə banka gəlmədən kredit məbləğini hesaba köçürməyə imkan verir. Bu, Unibank Biznes müştəriləri üçün nəzərdə tutulan İnternet Bank proqramı vasitəsilə həyata keçirilir. Müştəri onlayn şəkildə minimal məlumatlarını – istədiyi kredit məbləğini, dövlət reyestrindən çıxarışı, təsisçi ərizə formasını və şəxsiyyət vəsiqəsini skan edilmiş formada əlavə edir, və cəmi 15 dəqiqə ərzində qiymətləndirmə əsasında kredit məbləği müştərinin hesabına otuzdurulur. Bu xidmət ödənişsizdir.
Korporativ – biznes müştərilərinin onlayn şəkildə cəmi 15 dəqiqə ərzində kreditləşməsi nəticəsində, biznes sahibləri artıq banka yaxınlaşmır, sənədləşmə prosesinə heç bir ehtiyac qalmır və müştəri dünyanın istənilən yerində Unibank İnternet Bank proqramı vasitəsilə bir neçə klikə onlayn kredit əldə edə bilir.
Qeyd edək ki, bu məhsul Unibankın bir müddət öncə başladığı Agile Scrum metodologiyası ilə təqdim etdiyi ilk məhsuldur. Agile Transformasiya çərçivəsində yaradılmış olan ilk skram komanda məhsulun hazırlanmasını sprintlərə (zaman aralıqlarına) bölərək, hər sprintin sonunda məhsulu qismən, sonda isə bütövlükdə müştərilərə təqdim edib. Nəticə olaraq, əvvəl minimum 4 aya görülən işi Agile Scrum metologiyası ilə Unibankın ilk skram komandası cəmi 1 aya bitirib. Bu, ölkənin bank bazarında həm məhsul olaraq, həm də Agile Trasformasiya üzrə bir ilkdir. Unibank bundan sonra da daha effektiv xidmət göstərmək məqsədilə Agile Skram komandaların sayını çoxaltmağı planlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
14 saat əvvəl
“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalandı
-
14 saat əvvəl
Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır
-
15 saat əvvəl
“Qat-Qat Cake Shop” şirniyyat mağazasında yararsız məhsullar aşkarlanıb, rəhbərliyi cərimələnib
-
15 saat əvvəl
ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!
-
15 saat əvvəl
“Kapital Bank”ın dollar istiqrazlarına 104 investor 104 sifariş təqdim etdi - HƏRRACIN NƏTİCƏSİ
- 15 saat əvvəl
-
16 saat əvvəl
Rabitəbank 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
16 saat əvvəl
Xəzərdə süni torpaq sahələri dənizin şimal və cənub hissələrində yaradılacaq
- 16 saat əvvəl
- 16 saat əvvəl