Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan Qazaxıstanın qərb hissəsində Ticarət Evi açacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan Qazaxıstanın qərb hissəsində Ticarət Evi açacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Aərbaycan Aktauda (Qazaxıstan) Ticarət Evi açacaq. Bunu AZPROMO-nun prezidenti vəzifələrini icra edən YusifAbdullayev deyib.

 

“Aktau şəhərində Azərbaycan Ticarət Evinin açılışı olacaq”, - Y.Abdullayev bu gün mətbuat konfransında bildirib.

 

Onun sözlərinə görə, 2018-ci ilin sonuna kimi Azərbaycan qeyri-neft sektorunun məhsullarının irəlilədilməsi məqsədilə 9 ixrac missiyası təşkil etməyi planlaşdırır. “Missiyalar Monqolustan, Türkiyə, Bolqarıstan, Çin, Almaniya, Rusiya, BƏƏ və Səudiyyə Ərəbistanına təşkil olunacaq”, Y.Abdullayev vurğulayıb.

 

Hazırda Belarus, Ukrayna və Latviyada Ticarət Evləri fəaliyyət göstərir.

 

Yusif Abdullayev məlumat verib ki, 2018-ci ilin noyabr ayında Şanxayda (Çin) Azərbaycan Şərab Evi açılacaq. 


Y.Abdullayevin sözlərinə görə, 13-15 noyabr tarixlərində Şanxayda keçiriləcək sərgidə şərab istehsalı sahəsində fəaliyyət göstərən 15 Azərbaycan şirkəti təmsil olunacaq.

 

O əlavə edib ki, Luçjou şəhərində Azərbaycan pavilyonu açılacaq və burada Azərbaycan məhsulları satılacaq. “Pavilyonun sentyabrın 28-də açılması planlaşdırılır”, - deyə Y.Abdullayev qeyd edib.

 

Xatırladaq ki, ötən həftə Çinin Urumçi şəhərində ilk Azərbaycan Şərab Evi açılıb.

06.09.2018 10:35

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ