Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam_21

Azərbaycan və Rusiya dəmir yolu xətti tikəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan və Rusiya dəmir yolu xətti tikəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev “Rusiya Dəmir Yolları” ASC-nin baş direktorunun birinci müavini Aleksandr Mişarin ilə görüşüb.

 

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin hər iki ölkə üçün əhəmiyyətini diqqətə çatdıran iqtisadiyyat naziri bu sahədə görülən işlər, o cümlədən nəqliyyat dəhlizi üzrə dəmir yolu xəttinin tikintisinə dair fikirlərini bölüşüb.

 

Bildirilib ki, Rusiya ilə birgə həyata keçirilən Samur çayı üzərində körpünün tikintisi hazırda davam edir.

 

Şimal-Cənub nəqliyyat dəhlizinin əlaqələrin genişləndirilməsi və tranzit daşımalarının artırılması sahəsində önəmini vurğulayan iqtisadiyyat naziri nəqliyyat dəhlizi vasitəsilə əvvəlki illə müqayisədə 100 dəfə çox yük daşındığını qeyd edərək, Şərq-Qərb nəqliyyat dəhlizi üzrə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.

 

“Rusiya Dəmir Yolları” ASC-nin baş direktorunun müavini Aleksandr Mişarin Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin önəmli layihələrdən olduğunu vurğulayıb, bu istiqamətdə dəmir yolu xəttinin tikintisinə dair işçi qrupunun yaradılması və digər məsələlərə dair fikirlərini bidirib.

06.09.2018 14:11

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ