Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

2 bank “MİDA” ilə müqavilə imzalayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
2 bank  “MİDA” ilə müqavilə imzalayıb

Güzəştlə mənzil əldə etmək hüququna malik şəxslərə təklif olunan güzəştlərdən biri Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən güzəştli ipoteka kreditidir.

 

Reklam_3_11

“Güzəştli mənzil” sistemində qeydiyyata alınaraq şəxsi elektron kabinetə sahib olmuş vətəndaşlara bu güzəştdən yararlanmaq imkanı İpoteka və Kredit Zəmanət Fondunun müvəkkil bankları sırasına daxil olan və Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyindəki “MİDA” MMC ilə müvafiq əməkdaşlıq müqaviləsi imzalayan kredit təşkilatları tərəfindən təmin edilir.

 

"Marja" xəbər verir ki,  “MİDA” MMC ilə əməkdaşlıq müqaviləsi imzalamış növbəti kredit təşkilatları Bank VTB (Azərbaycan) və “Azərbaycan Beynəlxalq Bankı” ASC olub.

 

Bank VTB (Azərbaycan) 20-dən çox ölkədə nümayəndəliyi olan VTB beynəlxalq maliyyə qrupuna daxildir. 2009-cu ildən fəaliyyətə başlayan bank fiziki şəxslərə, eləcə də korporativ, kiçik və fərdi biznesi təmsil edən müştərilərə rahat və sərfəli şərtlərlə yüksək keyfiyyətli xidmət göstərir.

 

Ölkənin ən böyük banklarından biri olan Azərbaycan Beynəlxalq Bankı geniş xidmət şəbəkəsini özündə birləşdirir. Respublika üzrə bankın 36 filialı, 38 şöbəsi fərdi və korporativ müştərilərin xidmətindədir.

 

Xatırladaq ki, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına vətəndaşlara güzəştli ipoteka kreditinin verilməsi ilə bağlı “MİDA” MMC ilə əməkdaşlıq müqaviləsi imzalamış bankların sayı 6-ya çatıb. Daha öncə analoji müqavilələr “Kapital Bank”, “Bank BTB”, “UniBank” və “Azər-Türk Bank” ASC ilə bağlanmışdır.

06.09.2018 15:08

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ