Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Azərbaycan 20 min manat ayırmışdı, bu gün ABŞ-da 15 milyon dollar dövriyyəsi var"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azərbaycan 20 min manat ayırmışdı, bu gün ABŞ-da 15 milyon dollar dövriyyəsi var"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində olan Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimlinin müsahibəsini diqqətinizə çatdırırıq.


 

Reklam_3_11

Biznes İnkubasiya Mərkəzinin fəaliyyəti nə yerdədir?

 

Bu gün Biznes İnkubasiya Mərkəzinin 35 rezidenti var. Bu yaxınlarda Azercell-in Barama inkubasiya Mərkəzi ilə ilkin razılaşma əldə etdik və bundan sonra inkubasiya işlərini daha çox onlara yönəldəcəyik, özümüz isə əsas fokusu edəcəyik tamamilə yeni bir istiqamətə.

 

Belə ki, biz hal-hazırda Fast track (sürətli keçid) akselerasiya proqramına başlayırıq. Ötən ayın 31-i proqrama seçim mərhələsi başa çatıb. Növbəti mərhələdə təqdim olunmuş 50-yə yaxın layihələr arasından 5-ni seçib, onlara 4 ay boyunca aşağıdakı məsələlərdə köməklik göstərəcəyik: biznes planın hazırlanması; bazar araşdırması; iqtisadi əsaslandırma; layihələrin təqdimatı; hüquqi yardım, o cümlədən müəllif hüquqları, əqli mülkiyyətin qeydiyyatı, patentlərin alınması; maliyyə, mühasibat məsələləri; texniki kadrların tapılması; cloud servislərlə bağlı məsələlər. Həmin dövr ərzində bizim Avropa, Amerika və İsraildən olan ekspertlərimizə layihələrlə tanışlıq keçirirlər, sonra onlara, belə deyək, ev tapşırığı verirlər. Məsələn, layihəyə investisiya cəlb olunması üçün nələr edilməlidir və ya müştəriləri necə artırmaq olar. Onlar bu cür istiqamət verdikdən, köməklik etdikdən sonra, sonuncu bir ayda biz layihələri bacardığımız qədər təkmil səviyyəyə çatdırırıq və sonda, o layihələri potensial yerli və xarici investorlara təqdim edirik.

 

-Akselerasiyaya üstünlük verməyiniz nə ilə əlaqəlidir?

 

İnkubasiya daha çox prosesə yönəlik bir dəstəkdir. İnkubasiyada söhbət nədən gedir? Biz ofisin texniki şəraitini açıq elan edirik, startaplar gəlirlər, internetdən, kommunikasiyadan, avadanlıqlardan, texniki şəraitdən istifadə edirlər. Bizim biznes inkubasiya rezidentliyindən daha çox akselerasiyaya üstünlük verməyimiz əsasən onunla bağlıdır ki, sonuncu daha sürətli olur və nəticəyə daha çox köklənmiş bir prosesdir.

 

-Bir çox araşdırmalar göstərir ki, bu günə kimi İKT fondundan qrant almış startaplar əksərən kommersiyalaşmayıblar bunu necə dəyərləndirirsiniz?

 

Beynəlxalq praktikada belə bir anlayış var, xüsusi ilə vençur fondlarda 10 layihədən biri uğurlu olanda, artıq o fondun fəaliyyəti uğurlu sayılır. İndi hər hansı bir fəaliyyəti dayanmış startap haqqında biz bu gün danışa bilərik amma gəlin uğur əhvalatları haqda da danışaq. İKT fondunun bir qrantı var idi: "we travel" layihəsi, ona 20 min manat vəsait ayrılmışdı, həmin layihənin bu gün Amerikada dövriyyəsi 15 mln. dollara çatıb. Bu ilin fevralında onlar 2 mln. dollar investisiya da cəlb etdilər. Bu baxımdan mən fikirləşirəm ki, heç də ayrılmış bütün qrantlar uğurlu olacaq deyə bir anlayış yoxdur. Sözsüz ki, burada ekspertizanı daha da təkmilləşdirməyə ehtiyac var. Elə etmək lazımdır ki, uğur faizi artsın, ancaq bu gün üçün bu, dünyada qəbul olunmuş bir praktikadır.

 

-Azərbaycanda blokçeyn texnologiyasını və kriptovalyuta mədənçiliyinin gələcək perspektivlərini necə qiymətləndirirsiniz?

 

Ondan başlayım ki, Yüksək Texnologiyalar Parkı Azərbaycanda mədənçiliyin inkişafına dair sənəd hazırlayıb. Xarici potensial mining üzrə investorlarla danışıq aparırıq ki, Azərbaycana gəlib öz təsisatlarını qursunlar. Belə ki, Azərbaycanda texnologiyalar parkında olan güzəştlər, hər məqamı hesablayan investorlar üçün cəlbedici olmalıdır. Bura 7 il vergidən azad olma, gəlir, mənfəət vergisindən azad olma, gömrük güzəştləri daxildir. Yəni bizim texnoparkın sahib olduğu vergi güzəştləri kifayət qədər rəqabət qabiliyyətlidir. Məsələnin digər tərəfini yəni kriptomədənçilikdə əsas amil olan elektrik enerjisini də götürsək, Azərbaycan regionda bu enerji növü üçün ən aşağı qiyməti təqdim edən ölkədir. Bu mənada da kifayət qədər rəqabət potensialımız var.

 

O ki qaldı blokçeynə, onu bilirəm ki, gələcəyin yox, artıq dünənin və bu günün texnologiyasıdır. Əminəm ki, bu texnologiyaya keçid bizdə də başlayacaq. Bizim blokçeyn üzərində olan startaplarımız var. Bununla bağlı hətta buyaxınlarda Amerikanın bir blokçeyn üzərində akselerasiya fondu ilə memorandum imzaladıq. Məqsəd odur ki, Azərbaycanda blokçeyn texnologiyaları üzərində olan layihələri yönəldək ora. Azərbaycan dilində blokçeyn haqda material olmadığı üçün hazırda biz blokçeyn texnologiyası haqda əl kitabı üzərində işləyirik. Bu kimi kitabların saytımızda onlayn, əl çatan olmasını istəyirik.

 

-Rəsmi internet səhifəsinin təzələnməsi işləri nə yerdədir?

 

Proses demək olar ki, yekunlaşma mərhələsindədir və sentyabrın ortalarında yenilənmiş saytı təqdim edəcəyik. Orda artıq həm media, həm də startaplar üçün abunə sistemi tətbiq olunacaq. Yəni, press relizlərin, startaplara hər hansı qrantlar, müsabiqələr, beynəlxalq tədbirlər haqqında məlumatların abunə üzərindən göndərilməsi olacaq. Saytın içində virtual baza yaratmaq istəyirik, əlimizdə olan bütün materiallar ora yüklənəcək ki, potensial startaplar onlardan yararlana bilsin. Bundan başqa müvafiq bölmələrdə rezidentlər, rəhbərlik, komanda, tələb olunan investisiya haqda informasiya olacaq.

 

-İnvestorlar klubunun yaranması istiqamətində iş aparılırmı?

 

Bu cənab nazirimizin təşəbbüsüdür, ideyasıdır, bununla əlaqədar bizə müvafiq tapşırıqlar verilib ki, bu sahədə işləyək. Onu deyə bilərəm ki, investorlar klubunun ideyası ondan ibarətdir ki, Azərbaycanda investisiyaya ehtiyacı olan startaplar xarici investorlara müraciət etməmişdən əvvəl yerli investorlara bu imkanları təqdim etsinlər. Biz də bunun ətrafında müəyyən şəxslər ilə işləyirik ki, bu klub yaradılsın. Yarandığı təqdirdə orada təxminən belə bir format olacaq. Periodik olaraq biz yerli startapları o klubun üzvlərinə təqdim edəcəyik və artıq onlar özləri kimlərin perespektivli olub olmamasına qərar verəcəklər.

 

-İnnovasiya mərkəzinin tikinti prosesi nə yerdədir?

 

Tikinti ilə əlaqədar bilirəm ki, layihələndirmə və sənədləşmə işləri gedir. Yenidən qurulacaq bu mərkəzdə laboratoriya, startaplar üçün icarə ofis əraziləri, YTM-in inzibati ofisi, İKT fondun ofisi, yəni vahid ekosistem çətiri altında bütün bu təsisatların fəaliyyəti nəzərdə tutulub

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Finans

07.09.2018 06:08

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ