Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Kritik göstəricilər açıqlanacaq - GÜNƏ BAXIŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kritik göstəricilər açıqlanacaq - GÜNƏ BAXIŞ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu gün ABŞ-dan açıqlanacaq işsizlik, "NFP" və əmək haqlarında dəyişiklik ilə bağlı önəmli göstəricilər, dünya birjalarında dalğalanmanı gücləndirə bilər.


 

Reklam_3_11

Dünya valyuta birjalarında EUR/USD məzənnəsi bu gün Amerikadan açıqlanacaq önəmli fundamental məlumatlar öncəsi 1.16$-a ticarət edilməkdədir. USD/TRY məzənnəsi isə 6.60TL-yə təklif edilir. Əlvan metallar bazarlarında qızılın bir unsiya üzrə qiyməti 1200$-a ticarət edilir.


 

MƏZƏNNƏNİN DƏYİŞMƏSİNİ GƏLİRƏ ÇEVİRİN

 

Bakı vaxtı ilə saat 16:30-da dərc ediləcək önəmli statistik məlumatlar özündə Amerikanın işsizlik və avqust ayı ərzində məşğulların sayında dəyişikliyi ehtiva edir. Bununla yanaşı, əmək haqlarında aylıq artım göstəriciləri də investorların diqqət mərkəzindədir.


 

Fundamental göstəricilər haqqında ümumi məlumat
 

Əmək bazarı ilə bağlı ABŞ-dan açıqlanacaq önəmli fundamental göstəricilər hər ayın ilk cümə günü dərc olunur. Bu göstəricilər investorlar tərəfindən diqqətlə izlənilir və beynəlxalq maliyyə bazarlarında güclü dalğalanmalara səbəb olur.Əmək bazarı ilə bağlı göstəricilər arasında işsizlik səviyyəsi, qeyri-kənd təsərrüfatı sektorunda məşğulluq sayındakı dəyişiklik (ing. "NFP") və əmək haqlarında dəyişiklik dinamikası yer tutur. "NFP" bu göstəricilər arasında xüsusi çəkiyə malikdir. Belə ki, investorlara qiymət istiqamətini proqnozlaşdırmağa imkan yaradır.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

Nə gözlənilir?

 

Avqust ayı üzrə açıqlanacaq göstəricilər arasında işsizlik səviyyəsi 3.9%, məşğulluq səviyyəsində 191000 nəfər və əmək haqlarında isə 0.3% artım proqnozlaşdırılır. Təcrübə göstərir ki, "NFP" üzrə 200000 nəfər və əmək haqlarında 0.3% üzərində açıqlanan göstərici güclü hesab edilir. İşsizlik isə artıq tam məşğulluq səviyyəsindədir. 

 

Valyuta birjalarına təsiri

 

ABŞ-da tam məşğulluq hökm sürsə də, əmək haqlarında artım Amerika Mərkəzi Bankı (FED) tərəfindən zəif qiymətləndirilir. Beləliklə, əmək haqları ilə bağlı gözləntinin üzərində sürpriz göstəricinin yayımlanması, dünya birjalarında dolların aparıcı valyutalara nisbətən orta qiymətinin 2%-ə kimi bahalaşmasına təsir edə bilər. İşsizlik və "NFP" ilə bağlı göstəricilər də proqnozlardan daha yaxşı açıqlanarsa, bu, gələcək aylarda əmək haqlarının daha güclü artımına və dolların bahalaşa biləcəyinə işarədir. Alternativ olaraq isə işsizlik səviyyəsində iyun ayından etibarən müşahidə edilən artım özünü avqust ayında da göstərərsə və ya "NFP" yenidən gözləntilərin altında açıqlanarsa, bu dolların son bir ayın minimum səviyyələrinə kimi ucuzlaşmasına səbəb ola bilər. ABŞ-da işsizlik iyun ayında 3.8%-dən 4.0%-ə kimi yüksəlmiş, iyul ayında yenidən 3.9%-ə kimi azalmışdır. "NFP" isə iyul ayında gözləntilərin altında yayımlanmışdı. 

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

07.09.2018 06:54

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ