Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Pinəçilər daxil bu şəxslər sadələşdirilmiş vergi ödəməli olacaqlar - SİYAHI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Pinəçilər daxil bu şəxslər sadələşdirilmiş vergi ödəməli olacaqlar - SİYAHI
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Toylarda və digər mərasimlərə iştirak edən müğənnilər, rəqqaslar, aparıcılar və şou-biznesin digər nümayəndələri sadələşdirilmiş vergi ödəyicisi olacaq.

Bunu vergilər naziri Fazil Məmmədov Milli Məclisin İqtisadi məsələlər, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

Müvafiq dəyişikliklər Vergi Məcəlləsində nəzərdə tutulub.

Nazirin sözlərinə görə, bu sahənin nümayəndələri hər ay müvafiq əmsala uyğun sadələşdirilmiş vergi ödəyəcəklər:

Faəliyyət növü

Aylıq məbləğ (AZN)

Toylarda və digər mərasimlərdə iştirak edən müğənnilər, aparıcılar, rəqqaslar, aşıqlar, parodiyaçılar və digər oxşar peşə nümayəndələri

30

Foto və video çəkilişləri, eləcə də audio yazı sahəsində fərdi fəaliyyət (fotostudiyalar istisna olmaqla)

30

Pinəçilər və sənətkarlar

5

Televizor, soyuducu və digər məişət əşyalarının təmiri

10

Fərdi evlərdə xidmətçilər, ev təsərrüfatında təmizlik fəaliyyəti, xəstələrə, qocalara və uşaqlara qulluq, fərdi sürücü, bağban, aşpaz və digər oxşar peşələr

10

Emalatxana işləri

20

 

Yuxarıda qeyd olunan şəxslər üçün sadələşdirilmiş vergi şəhərlər üzrə ayrı-ayrı əmsallarla hesablanacaq:

- Bakı (kənd və qəsəbələr daxil olmaqla) - 2
- Gəncə, Sumqayıt, Xirdalan - 1,5
- Abşeron rayonunun qəsəbə və kəndləri, Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki, Naftalan - 1
- Digər şəhər və rayonlar - 0,5

XXX

Azərbaycanda bəzi fəaliyyət növləri sadələşdirilmiş vergiyə cəlb edilir.  Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında vergilər naziri Fazil Məmmədov deyib ki, Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olanlar sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olmaq hüququna malikdir.

 

Onun sözlərinə görə, bu fəaliyyət növləri üzrə fiziki şəxslər sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ, yəni 30 manat ödəyəcəklər.

Bundan başqa, fərdi foto, audio-video xidmətləri ( foto studiyalar istisna olmaqla) sahəsində fəaliyyət göstərən fiziki şəxslər sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ olaraq 30 manat ödəyəcək.

Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan çəkməçi, pinəçilər isə sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ olaraq 5 manat ödəyəcək.

 

Saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri, eləcə də fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə qocalara və uşaqlara qulluq xidməti, dayə fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşbaz, gözətçi və digər analoji işlərlə məşğul olanlar sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ olaraq 10 manat ödəyəcək.

 

Naqqaşlıq emalatxanalarının fəaliyyəti üzrə fiziki şəxslər sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ olaraq 20 manat ödəyəcək.

 

Bütün bu fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq verginin məbləği Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) 2, Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində 1,5, Abşeron rayonun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində 1, digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) 0,5 əmsalları tətbiq edilməklə müəyyən edilir.

 

Sənəd Milli Məclisin plenar iclasına tövsiyə olunub.

©Trend, APA

14.12.2016 10:40

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ