Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Dünya nəhəngi AFFA-nın sponsoru olacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünya nəhəngi AFFA-nın sponsoru olacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Yaxın günlərdə Procter & Gamble (P&G) şirkəti ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) arasında tərəfdaşlıq müqaviləsi imzalanacaq.

 

Reklam_3_11

Milli assosiasiyanın rəsmi saytında verilən məlumata görə, artıq bununla bağlı razılıq əldə olunub. Müqavilə Azərbaycan yığmasının UEFA Millətlər Liqası və Avropa çempionatının seçmə mərhələ oyunlarını əhatə edəcək.

 

UEFA Millətlər Liqası milli komandalar üçün nəzərdə tutulmuş yeni yarışdır. Turnir mövcud beynəlxalq yarış təqvimi çərçivəsində iki ildən bir təşkil olunacaq və ilk yarış 2018/2019 mövsümündə keçirilir. Yarışın məqsədi milli komandaların futbolunun davamlı uğuruna nail olmaq və daha rəqabətli oyunların keçirilməsini təmin etməkdir. Hər bir oyunun həlledici olduğu kompakt formatda komandalardan bütün qarşılaşmalara diqqətli yanaşma tələb olunur.

 

D Liqasında oynayan Azərbaycan milli komanda sentyabrın 7-də Kosovo, oktyabrın 14-də Malta, noyabrın 17-də Farer adaları komandaları ilə Bakıda görüşəcək.

 

Qeyd edək ki, P&G və AFFA arasında tərəfdaşlıq şirkətin Azərbaycanda 20 illik fəaliyyətinə həsr edilib. 

07.09.2018 10:10

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ