Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Alibaba"nın rəhbəri vəzifəsindən gedəcək - MÜƏLLİM İŞLƏYƏCƏK

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Alibaba"nın rəhbəri vəzifəsindən gedəcək - MÜƏLLİM İŞLƏYƏCƏK
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Alibaba Group"un yaradıcısı, İdarə Heyətinin sədri Jack Ma, yaxın gələcəkdə vəzifəsindən gedəcəyini açıqlayıb. "Alibaba", Amazon kimi dünyanın böyük elektron ticarət saytıdır.
 

"Marja" xarici mətbuata istinadən xəbər verir ki, "Alibaba"dan əvvəl İngilis dili müəllimi kimi çalışan Ma, vəzifəsindən getməyinə dair verdiyi açıqlamasında, "Güman edirəm ki, günün birində, yaxın bir zamanda, müəllimliyə geri qayıdacağam. Müəllimlikdə "Alibaba"dan daha yaxşı iş görə biləcəyimə inanıram",- deyib.

Reklam_3_11

 
Vəzifədən getməsinin bu il ərzində reallaşması ehtimalına dair suala Ma, "Hamınız çox yaxında öyrənəcəksiniz" şəklində cavab verib.

 

Həmçinin Ma, pulunu və vaxtını "Jack Ma" Fonduna xərcləmək istədiyini bildirib. 

 

2014-ci ildə yaradılan "Jack Ma" Fondu, Çinin, xüsusilə kənd yerlərində təhsil sisteminin inkişaf etdirilməsi naminə fəaliyyət göstərir.

 

Manın işindən çıxmaq arzusu, Bil Qeytsin 2006-ci ildə "Microsoft"da rəhbər vəzifəsindən gedərək, "Bill & Melinda Gates" vəqfi ilə məşğul olmağa başlaması ilə bənzərlik göstərir. Çünki Ma da açıqlamasında, "Bil Qeytsdən öyrənəcək çox şey var" ifadəsinə yer verib.

 

Çinin ən varlı adamı olan Jack Ma-nın 40 milyard dollardan çox sərvəti var.

 

"Alibaba" 420 milyard dollarlıq bazar dəyəri ilə Çinin ən dəyərli şirkətidir. "Alibaba" 2018-in ikinci rübündə 12 milyard dollar gəlir açıqlayıb. Şirkətin gəliri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 61 faiz artırmışdır.

08.09.2018 08:25

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ