Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Azərbaycanın ilk aqroparkı 2 yaşının hesabatını verdi - MÜSAHİBƏ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın ilk aqroparkı 2 yaşının hesabatını verdi - MÜSAHİBƏ

Azərbaycanın ilk aqroparkının yaradılmasından 2 il keçir. İlkin olaraq heyvandarlıq kompleksi, taxılçılıq təsərrüfatı və yem zavodu yaradılmışdı. Bəs ötən 2 il ərzində aqropark fəaliyyətini necə genişləndirib?  Suallarımıza “Yalama Aqropark” MMC-nin direktoru Zaur Əliyev cavab verib.


 

SAHƏSİ SON 1 İLDƏ 3 DƏFƏ ARTIB

 

-Prezident İlham Əliyev aqroparkın açılışı zamanı “Gələcəkdə bu aqroparkın həm ərazisi, həm də fəaliyyəti genişləndirilməlidir. Ərazisi 3 dəfə bundan böyük olmalıdır” deyə bildirmişdi. Dövlətimizin başçısının bu tövsiyəsinə uyun hansı işlər görülüb? 

 

-"Yalama Aqropark" Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycanda yaradılmış ilk aqroparkdır. Aqropark Xaçmaz rayonunun Yalama qəsəbəsində fəaliyyət göstərir.

 

"Yalama Aqropark", Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 sentyabr 2013-cü il tarixli 254S nömrəli sərəncamı ilə Xaçmaz rayonunda fəaliyyət göstərən “Yalama” südçülük-maldarlıq üzrə Damazlıq Dövlət Kənd Təsərrüfatı İstehsalı müəssisəsinə daimi istifadə üçün təhkim edilmiş 523 hektar torpaq sahəsinin əsasında özəl pilot təsərrüfat olaraq yaradılmışdır və 08 Sentyabr  2016-cı il tarixində fəaliyyətə başlamışdır.  Layihənin ilkin mərhələsinə uyğun olaraq, “Yalama Aqropark”da 1113  baş sağmal olmaqla 3000 başlıq cins iri buynuzlu heyvandarlıq kompleksi,  müasir  suvarma sistemi ilə 385 hektar sahədə iri əkinçilik təsərrüfatı, istehsal gücü saatda 5 ton olan yem zavodu yaradılmışdır.

 

Artıq 2 ildir ki, "Yalama Aqropark" fəaliyyətini davam etdirir. Qarşıya qoyulan tapşırığa uyğun olaraq son 1 ildə "Yalama Aqropark"ın əkin sahələri 3 dəfə artırılmış və istehsal genişləndirilmişdir. Artıq keçən ilin sonundan başlayaraq Xaçmaz rayonu Müqtədir qəsəbəsində Dövlət  Ehtiyat  Fondu torpaqlarından 956 hektar torpaq sahəsi tam əkin dövriyyəsinə daxil edilmiş və tələbata uyğun əkin aparılmışdır. Bununla da Yalama Aqropark bu əkin ilində təkrar əkinlər ilə birgə 1479 hektara çatdırılmışdır. Həmçinin bu il heyvandarlıq kompleksinin istehsal gücü ilin sonuna doğru nəzərdə tutulan maksimal istehsal gücünə nail olunacaqdır. Hazırda təsərrüfatda 2600 baş heyvan mövcuddur.

 

ÖLKƏ ÜZRƏ MƏHSULDARLIQ REKORDU – HEKTARDAN 15 TON

 

-“Yalama Aqropark” 2 il ərzində hansı istehsal göstəricilərinə nail olub?

 

-"Yalama Aqropark"da istehsal sahələri üzrə innovativ yanaşma və müasir texnologiyadan istifadə edildiyindən istehsal sahələri üzrə də ölkə üzrə yüksək məhsuldarlıq səviyyəsinə nail olunmuşdur. Belə ki, son 2 əkin ilində dənlik qarğıdalı əkinində hektardan 15 ton məhsul yığılmışdır ki, bu da ölkə üzrə indiyə qədər əldə edilmiş ən yüksək məhsuldarlıq göstəricisidir.

 

Ümumilikdə 446 hektar ərazidə dən arpa, 69 hektarda senajlıq arpa, 38 hektar ərazidə isə qarışıq yem senajı əkilmişdir. Yazlıq əkinlər ilə birgə yonca əkin sahəsi 208 hektar olmuş, həmçinin 327 hektar silosluq qarğıdalı, 148 hektar dən qarğıdalı, 146 hektar dən qarğıdalı və sınaq üçün 4 hektar ərazidə şəkər çuğunduru əklmişdir. Senajlıq əkilmiş arpa və qarışıq yem biçilmiş, həmçinin 208 hektar yonca sahəsi üzrə birinci biçim senaj basdırılmışdır. Həmçinin 446 hektar dən arpa sahəsində biçilmiş və ümumilikdə 1600 dən arpa əldə edilmişdir.

 

Hal-hazırda 327 hektar silosluq qarğıdalı və 146 hektar dənlik qarğıdalı sahəsində məhsul yığımı davam edir. Heyvandarlıq sahəsi üzrə gündəlik istehsal həcmi hazırda 16 tona bərabərdir.

 

SÜD İSTEHSALI ARTIRILIB

 

-“Yalama Aqropark”ın fermasının ölkə üzrə ən böyük heyvandarlıq  komplekslərindən biri olacağı bildirilmişdi. Bu gün -“Yalama Aqropark” heyvanların sayına görə birinciliyi əldə edə bilib?

 

-Aqroparkın heyvandarlıq təsərrüfatı saxlanılan heyvan sayı, həmçinin daimi işçi heyətinin sayına görə ölkə üzrə fəaliyyət göstərən ən iri heyvandarlıq təsərrüfatlarından biridir. Heyvandarlıq təsərrüfatında Avstriya və Almaniyadan gətirilmiş 1113 baş simmental cins inəklərdən balalar alınmış və hazırda təsərrüfatımızda cəmi heyvan sayı 2600 başa bərabərdir. Artıq gətirilmiş cins heyvanlardan 3-cü balalar alınmağa başlanılmışdır. 2018-ci ilin ilk 9 ayı ərzində 82 düyədən ilk balalar alınmış və ilin sonuna qədər bu rəqəmin 250-ə çatması planlaşdırılır. Bununla da sürü üzrə sağmal inək sayının artmasını və təsərrüfata kənardan heyvan alışının dayandırmasını təmin ediləcəkdir. Heyvan sayının artırılması ilə yanaşı heyvandarlıq sahəsi üzrə itkilərin minimuma endirilməsi və digər keyfiyyət göstəricilərinə nail olmaq üçün işlərimizi davam etdiririk. Təsərrüfatda buzov itkilərinin 3% və inək itkilərinin 2% həcmindədir ki, bu da dünya üzrə heyvandarlıq sahəsi üzrə qabaqcıl nəticə hesab edilir. Heyvandarlıq təsərrüfatında orta məhsuldarlıq 23-24 litrdir.

 

Hal-hazırda heyvandarlıq sahəsi üzrə gündəlik istehsal həcmi hazırda 16 tona bərabərdir. 2018-ci il ərzində 5800 ton süd və 255 ton diri çəkidə ət istehsal proqnozlaşdırılır. İlin ilk 8 ayı ərzində 3700 ton süd istehsal edilmişdir ki, bu keçən il ilə müqayisədə 500 ton artıqdır. Ümumilikdə 2018-ci il süd istehsalında 1000 ton artıma nail olunması nəzərdə tutulmuşdur.

 

GƏLƏN İL SÜD EMALI ÜÇÜN QƏRAR VERİLƏCƏK

 

-Düz bir il əvvəl aqropark istifadəyə verilən zaman süd emalı zavodunun və intensiv bağçılıq təsərrüfatının yaradılacağı bildirilmişdi. Bu istiqamətdə hansı işlər görülüb?

 

-“Yalama Aqropark”ın yaradılma layihəsində müəssisədə süd emalı zavodu və intensivlik bağçılıq təsərrüfatının yaradılması da nəzərdə tutulmuşdur. 2018-ci ilin ilk yarısında süd satışı bazarında olan çətinliklər süd emalı zavodunun tikintisi layihəsini daha da aktuallaşdırmışdır. Hazırda emal gücü 50 ton olan süd emalı zavodunun qurulması üçün texniki-iqtisadi əsaslandırma (feasibilty study) işləri aparılır. Bu məqsəd üçün Türkiyə Respublikasında bir neçə müəssisə və istehsalçılara səfər edilmişdir. Texnoloji planlaşdırma işlərini tamamlamaq üçün növbəti ay Almaniya Respublikasından mütəxəssis dəvət edilmiş və texnoloji planlama işlərinin tamamlanması nəzərdə tutulmuşdur. Həmçinin paralel bazar araşdırması davam edir. Aparılan araşdırmalar nəticəsində növbəti il üçün emal zavodunun qurulması üzrə investisiya qərarı veriləcəkdir.

 

-Son vaxtlar dünyada və Azərbaycanda kərə yağına təlabatın artdığı, hətta qiymətinin qalxdığı müşahidə olunur.  “Yalama Aqropark” artan təlabatın ödənilməsinə nə vaxtdan öz töhfəsni verəcək?

 

-"Yalama Aqropark"da simmental cinsinə aid südlük-ətlik istiqamətli heyvanlar saxlanılır ki, onlarda südün keyfiyyət göstəricilərin görə digər südlük cins heyvanlardan fərqlənir. İstehsal etdiyimiz südün yağlılıq dərəcəsi 4.2 % və daha yuxarı olduğundan tərəfdaşlıq etdiyimiz emal müəssisələri tərəfindən kərə yağı istehsalında geniş tətbiq edilir. Stabil keyfiyyətli süd istehsalı ilə ölkəmizin süd məhsullarına olan tələbatının ödənilməsində öz töhfəmizi verməyə çalışırıq. Tikintisi planlaşdırılan süd emalı zavodunda kərə yağı istehsal xətti də nəzərdə tutulmuşdur ki, bu da bu istiqamətdə ölkə daxili tələbatın təminində öz töhfəsini vermiş olacaqdır.

 

-Bağlarda hansı meyvə ağacları əkilib? (və ya əkiləcək?)

 

-Layihə üzrə müasir suvarma sistemləri olan dairəvi PİVOT-ların arasında suvarılmayan sahələrin intensiv bağçılıq üçün istifadəsi nəzərdə tutulub. Hazırda Yalama ərazisində qurulmuş müasir suvarma sistemləri üzrə intensiv meyvə bağlarının salınması üzrə planlaşdırılan sahə 60 hektarı əhatə edir.

 

Heyvandarlıq sahəsi üzrə istehsal gücünün və yem istehsalının artırılması, həmçinin emal istiqamətində layihələrə fokuslanmaq səbəbindən meyvə bağlarının salınması işləri növbəti illərə keçirilmişdir.

 

SƏRMAYƏLƏR VƏ GƏLİRLƏR

 

-İndiyədək aqroparın yaradılmasına nə qədər investisiya qoyulub?

 

-"Yalama Aqropark"ın yaradılmasına layihənin 1-ci mərhələsi üzrə 23 milyon manat investisiya qoyulmuşdur. Qoyulmuş investisiya nəticəsində cins heyvandarlıq təsərrüfatı, yem zavodu və taxıl anbarları, k/t texnikası parkı və müasir suvarma sistemi və lazımi infrastruktur işləri icra edilmişdir. Ümumilikdə qoyulmuş investisiya nəticəsində layihənin 1-ci mərhələsi üzrə 190 daimi iş yerinin yaradılması, illik 4 milyon manat dəyərində təbii süd və 1.5 milyon milyon dəyərində bitkiçilik məhsulları istehsalına nail olunmuşdur.

 

Bu il heyvandarlıq təsərrüfatının genişləndirilməsi ilə əlaqədar əlavə olaraq 2.5 milyon milyon əlavə investisiya qoyulmuşdur. Yaxın zamanlarda Müqtədir ərazisində PİVOT suvarma sistemi qurulması və yeni süd emalı müəssisəsinin tikintisi ilə əlaqədar əlavə investisiyaların qoyulması nəzərdə tutulmuşdur. Bunun ilə aqroparkda yaradılacaq iş yerlərinin sayı 300-ü keçmiş olacaqdır.

 

-Aqropark satışı necə təşkil edib?

 

- "Yalama Aqropark"da hazırda təbii süd və kəsimlik diri heyvan satışı həyata keçirilir. Satışlar əsasən ölkəmizdə fəaliyyət göstərən iri süd və ət emalı müəssisələrinə müqavilə əsasında aparılır. İstehsal etdiyimiz bitkiçilik məhsulları heyvandarlıq təsərrüfatının yemə olan tələbatının ödənilməsinə xidmət etdiyindən bitkiçilik məhsullarının satışı həyata keçirilmir.

 

CİNS DÜYƏLƏRİN SATIŞI NƏZƏRDƏ TUTULUR

 

- Nə vaxtdan aqroparkada istehsal olunan məhsullar xarici bazarlara çıxarılacaq?

 

-Hazırda öz məhsulumuz və brendimiz olaraq məhsulların daxili və xarici bazara satışı süd emalı zavodu fəaliyyətə başladıqdan sonra mümkün olacaqdır. Həmçinin cins damazlıq heyvandarlıq təsərrüfatında yetişdirdiyimiz cins düyələrində satışı nəzərdə tutulur. Bu düyələrin ilk olaraq ölkə daxili satışı planlaşdırılır.

 

- Aqroparkın məhsulları nə dərəcədə orqanikdir?

 

-Aqropark olaraq istehsalımızda geni dəyişilmiş toxum və yem qatqılarından imtina etmişik. Bitkiçilik məhsullarının istehsalı prosesində bütün qəbul edilən aqro-texniki qaydalara əməl edirik. Bununla da yüksək məhsuldarlığa nail olmaqla yanaşı torpağın münbitliyinin qorunması və yüksəldilməsinə çalışırıq. Həmçinin heyvandarlıq təsərrüfatında heyvanların yemlənməsində heç bir GMO və hormonal tərkibli yemlərdən istifadə edilmir ki, bu da məhsullarımızın yüksək keyfiyyəti və faydalılığın təmin edir.

 

YENİ LAYİHƏLƏR

 

- Hansı yeni layihələriniz var?

 

-Hazırda ölkə prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında istifadəmizə verilən 956 hektar əkin sahəsində müasir suvarma sisteminə malik bitkiçilik təsərrüfatının qurulması işləri icra edilir. Ərazi daxili drenaj və kollektor sistemləri təmizlənmiş, ərazi daxili suvarma kanalları bərpa edilib.

 

Həmçinin əkinlərin daimi suvarma suyu ilə təmini üçün Su və Meliorasiya Təsərrüfatı İdarəsi ilə əraziyə daimi su mənbəyi olan “Xanarx” və digər suvarma kanallarından beton kanalların çəkilişi üzrə layiləndirmə işləri icra edilir. İlin sonuna doğru suvarma beton kanalların çəkilişi və 2 ədəd tutumu 50000 m3 olan su hovuzunun tikilməsi nəzərdə tutulub. Həmçinin müasir suvarma sistemlərinin qurulması üçün Valley, Reinke və Lindsay kimi dünyaca məşhur şirkətlər ilə layihələndirmə işləri aparılır.

 

Yem ehtiyatlarının tam təmini üçün 3 ədəd tutumu 13000 m3 olan senaj quyusunun tikintisi tamamlanmaq üzrədir. Həmçinin artan heyvan sayı nəzərə alınmaqla 240 başlıq yeni inək tövləsinin tikinti işlərinə başlanılmışdır. İnək tövləsinin tikintisi noyabr ayında başa çatacaqdır.

 

Həmçinin yem tədarükü və emalının tələbata uyğun formada təmini üçün tutumu 1800 m2 olan taxıl saxlama bunkeri (silo) sifariş edilmiş və oktyabr ayında quraşdırılması nəzərdə tutulmuşdur.

 

-“Yalama Aqropark” milli brendlərin yaradılması istiqamətində hansı işlər görür?

 

- "Yalama Aqropark" ilk aqropark olaraq fəaliyyətə başlamaqla cənab prezidentin təşəbbüsü və dəstəyi ilə icra edilən aqroparkların yaradılması işləri üçün bir nümunə və ya “brendə” çevrilmişdir. Biz məmnuniyyətlə digər böyük layihələrin yaradılması işində öz təcrübəmizi bölüşür və dəstək olmağa çalışırıq.

 

Həmçinin aqroparkın fəaliyyəti regionda yaşayan və fəaliyyət göstərən kiçik və orta kənd təsərrüfatı  məhsulları istehsalçıları üçün də əlavə üstünlüklər qazandırmışdır. Bu əkin ili üzrə heyvandarlıq təsərrüfatının ehtiyacları üçün müəyyən yem məhsullarının alışını regionda olan fermer təsərrüfatlarından həyata keçirilmişdir.

 

Biz Yalama “Aqropark” olaraq hər bir sahədə işimizlə bir brendə çevrilək və qeyri-neft sektorunun inkişafına dəstək olmaqla yanaşı k/t üzrə bilik ötürülməsini (knowledge transfer) təmin edən bir qabaqcıl müəssisə olaq.

 

"Yalama Aqropark"a məxsus milli istehsal brendlərinin yaradılması emal müəssəsi fəaliyyətə başladıqdan sonra mümkün olacaqdır.

 

-Vaxt ayırdığınız və müsahibə verdiyiniz üçün təşəkkür edirik.

11.09.2018 05:36

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ