Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Kişilərə şəxsiyyət vəsiqələri verilmir" iddialarına RƏSMİ MÜNASİBƏT

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Kişilərə şəxsiyyət vəsiqələri verilmir" iddialarına RƏSMİ MÜNASİBƏT

Daxili İşlər Nazirliyi (DİN) Azərbaycanda kişilərə yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı yaranmış problemə münasibət bildirib.

 

Bununla bağlı Nazirliyin Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə cavablandırıb. 

 

O xatırladıb ki, sentyabrın 1-dən ölkə vətəndaşlarına kütləvi şəkildə yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılıb və bunun üçün 7 dövlət xidmətinin elektron məlumat bazası bir-birinə inteqrasiya olunub. 

 

"Bütün yeni layihələrin reallaşdırılması zamanı hansısa nöqsanlar ortaya çıxa bilər. Bu baxımdan, yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi də istisna deyil. Yəni sistemlərin inteqrasiyası zamanı texniki nasazlığın olması qaçılmazdır və müşahidə olunan kiçik çatışmazlıqlar dərhal aradan qaldırılır, yaranmış problemlər dərhal aidiyyəti orqanların məsul əməkdaşları tərəfindən həll olunur. Yəni kişilərə şəxsiyyət vəsiqələrinin verilməsindən imtina edilməsi söhbəti ola bilməz, sadəcə, müəyyən ləngimələr ola bilər. Bu isə adi məsələdir", - DİN rəsmisi qeyd edib. 

 

Məlumata görə, Azərbaycanda müxtəlif səbəblərdən şəxsiyyət vəsiqələrini dəyişən kişilərə yeni nəsil vəsiqələrin verilməsində problem yaranıb.

 

Problemlə yeni nəsil şəxsiyyət vəsiqəsi almaq üçün “ASAN xidmət” mərkəzlərinə müraciət edən vətəndaşlar üzləşib.

 

Söhbət qeydiyyat ünvanı dəyişmiş və nikaha daxil olmuş şəxslərdən gedir. Bu kateqoriyadan olan kişilərə Daxili İşlər Nazirliyinin (DİN) Baş pasport, qeydiyyat və miqrasiya idarəsi tərəfindən yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsindən imtina olunur və köhnə nəsil vəsiqələr verilir.

 

Buna səbəb yeni elektron sistemə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tam, Ədliyyə Nazirliyinin isə qismən qoşula bilməməsidir. Son nəticədə yeni ünvanda qeydiyyata düşmüş və yenicə ailə qurmuş kişilər yeni nəsil şəxsiyyət vəsiqəsi ala bilmirlər.

 

Qeyd edək ki, verilməsinə bu il sentyabrın 1-dən başlanılmış yeni vəsiqələr elektron imza ilə təchiz edilib. Bununla belə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xidmət haqqını müəyyən etməməsi ilə əlaqədar elektron imzaların aktivləşdirilməsi də ləngiyir. 

 

© Report

08.09.2018 13:01

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ