Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Xaçmazdakı aqropark yatırdığı investisiyanın məbləğini açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Xaçmazdakı aqropark yatırdığı investisiyanın məbləğini açıqladı

"Yalama Aqropark"ın yaradılmasına layihənin 1-ci mərhələsi üzrə 23 milyon manat investisiya qoyulmuşdur.

 

Reklam_3_11

“Yalama Aqropark” MMC-nin direktoru Zaur Əliyev "Marja"ya bildirib ki, qoyulmuş investisiya nəticəsində cins heyvandarlıq təsərrüfatı, yem zavodu və taxıl anbarları, kənd təsərrüfatı texnikası parkı və müasir suvarma sistemi və lazımi infrastruktur işləri icra edilmişdir. Ümumilikdə qoyulmuş investisiya nəticəsində layihənin 1-ci mərhələsi üzrə 190 daimi iş yerinin yaradılması, illik 4 milyon manat dəyərində təbii süd və 1.5 milyon milyon dəyərində bitkiçilik məhsulları istehsalına nail olunmuşdur.


"Bu il heyvandarlıq təsərrüfatının genişləndirilməsi ilə əlaqədar əlavə olaraq 2.5 milyon milyon əlavə investisiya qoyulmuşdur. Yaxın zamanlarda Müqtədir ərazisində PİVOT suvarma sistemi qurulması və yeni süd emalı müəssisəsinin tikintisi ilə əlaqədar əlavə investisiyaların qoyulması nəzərdə tutulmuşdur. Bunun ilə aqroparkda yaradılacaq iş yerlərinin sayı 300-ü keçmiş olacaqdır",- Zaur Əliyev əlavə edib.

 

“Yalama Aqropark” MMC-nin direktoru Zaur Əliyevin "Marja"ya geniş müsahibəsini buradan oxuya bilərsiniz.

 

10.09.2018 12:05

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ