Ən yuxarı statik reklam_3

Bu həftə faiz qərarları diqqət mərkəzində olacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu həftə faiz qərarları diqqət mərkəzində olacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu həftə foreks bazarlarında dolların bahalaşması və ABŞ, Avropa, İngiltərə və Türkiyə mərkəzi bankların faiz qərarları investorların diqqət mərkəzində olacaqdır.



EUR

 

Amerika ilə Kanada arasında yeni ticarət sazışı fonunda danışıqların bərpası və Amerikanın əmək bazarı ilə bağlı fundamental göstəricilərin gözləniləndən yaxşı açıqlanması, beynəlxalq valyuta birjalarında dolların bahalaşmasına səbəb olub. Nəticədə EUR/USD məzənnəsi də 1.15$-a kimi ucuzlaşıb və keçmiş həftənin minimum səviyyəsi altında qalarsa, 1.14$-a kimi də ucuzlaşa bilər.

 

Cümə axşamı Bakı vaxtı ilə 15:45 və 16:30-da müvafiq olaraq açıqlanacaq Avropa Mərkəzi Bankının (AMB) faiz qərarının və Amerikadan inflyasiya ilə bağlı yeni məlumatların da bu həftə önəmli rol oynayacağı gözlənilir. Bununla yanaşı, həmin günü saat 16:30-da baş tutacaq AMB-nin mətbuat konfransı da investorların diqqət mərkəzindədir.

 

GBP

 

Dünya birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində müşahidə edilən bahalaşma, GBP/USD məzənnəsinə də təsir edib. Belə ki, Funt/Dollar valyuta cütlüyünün qiyməti 1.29$-a ticarət edilməkdədir və 1.28$-a kimi də ucuzlaşa bilər. Cümə axşamı saat 15:00-da İngiltərə Mərkəzi Bankı tərəfindən də faiz qərarı gözlənilir.

 

TRY

 

Türkiyə maliyyə bazarlarında isə Türkiyə Mərkəzi Bankının bu həftə növbəti faiz artımına gedəcəyi gözləntiləri, lirənin bahalaşmasına səbəb olub. Beləliklə, lirənin qiyməti keçən həftənin maksimum səviyyəsi üzərində də möhkəmlənərsə, 6.27 və 6.15TL-yə kimi bahalaşa bilər.

 

OIL

 

Avropanın Brent markalı neftinin bir barel qiymətində də ucuzlaşma müşahidə edilir. Keçən həftənin birinci yarısında 80$-a kimi dəyər qazanan Brent nefti, həftənin sonuna doğru 76$-a kimi ucuzlaşıb və 78$-ın altında qalmağa davam edərsə, 74$-a kimi də ucuzlaşa bilər.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

Bu həftənin çərşənbə günü saat 18:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.

 

GOLD

 

Əlvan metallar bazarlarında isə qızıl qiymətində avqust ayı ərzində müşahidə edilən bahalaşma, sentyabr ayının qədəm basması ilə ucuzlaşıb. Hal-hazırda 1193$-a (38.4 $/qram) ticarət edilən bir unsiya üzrə qiymət, keçən həftənin minimum səviyyəsini də aşağı istiqamətdə qıraraq, altında qalarsa, ucuzlaşması 1182$-a (38.0 $/qram) kimi sürətlənə bilər.

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

10.09.2018 07:08

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ