Kolleclərə qəbul yeni qaydalar əsasında keçiriləcək

Azərbaycanda orta ixtisas təhsili müəssisələrinə-kolleclərə qəbul yeni qaydalar əsasında həyata keçiriləcək.

 

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, bu yeniliklər yalnız 9 illik bazada təhsil alan şagirdlərə şamil olunacaq. O deyib ki, buraxılış imtahanlarının nəticələri məzunlara imkan verəcək ki, IX sinif bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd versinlər: “Təbii ki, bunlar kolleclərə qəbul olmaq üçün yeni qaydalar və normativ sənədlərdir. Bunun üzərində işləmişik. Sadəcə attestasiyaya aid olan normativ hüququ sənəd qəbul olunmalı idi ki, bu attestasiyanın əsasında hansı texnikumlara qəbulun necə aparılmasına dair sənəd hazırlansın. Gələn həftə bu sənədi müvafiq qurumlara təqdim edəcəyik. Bu məsələ Təhsil Nazirliyi ilə müzakirə olunub. Orta ixtisas təhsili müəssisələrinə qəbul qaydaları Nazirlər Kabinetinə təqdim olunacaq”.


 
M. Abbaszadə əlavə edib ki, bu il də IX sinif bazasından kolleclərə qəbul olmaq istəyənlər üçün buraxılış imtahanında toplanılan bal onun üçün müsabiqə balı hesab ediləcək: “IX sinif buraxılış imtahanlarında iştirak etməyən şagirdlər aldıqları arayışla yalnız 9 il məktəbə gedib-gəldiklərini sübut edə biləcəklər. Amma bu arayış onların müvafiq dövlət standartlarına uyğun olaraq 9 illik proqramı mənimsəməsini təsdiq etməyəcək. IX sinif şagirdləri attestat almaq üçün mütləq buraxılış imtahanında iştirak etməlidirlər. Amma attestatdakı yeniliklər XI sinif şagirdlərinə aid edilməyəcək. Belə ki, XI siniflər növbəti 2 il ərzində köhnə qayda ilə attestat alacaqlar".

© APA

14 Dekabr 2016 , 13:55   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin