Ən yuxarı statik reklam_3

“Bank BTB” işçi axtarır

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Bank BTB” işçi axtarır

“Bank BTB”xəzinədarlıq departamenti, aktiv və passivlərin idarə edilməsi şöbəsinin baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edib. ​ 

 

Reklam_3_11

İş barədə məlumat:

 

- Likvidlik proqnozlarını hazırlayır və şöbə rəhbərliyinə təqdim edir;
- Likvidlik və bazar riskləri nəzərə alınmaqla, mövcud resursların müddətləri, valyutaları və məbləğləri barədə hesabatların hazırlanmasında iştirak edir;
- Maliyyə bazarında əlavə resurslar cəlb edilməsi və ya artıq resursların yerləşdirilməsi üçün verilən tapşırıqlara əsasən danışıqlar aparır və şöbə rəhbərliyini məlumatlandırır;
- Yerli və beynəlxalq maliyyə-kredit təşkilatları, fondları, bankları və digər maliyyə institutları ilə münasibətlər qurur, onlardan bank üçün sərfəli şərtlərlə maliyyənin əldə edilməsi istiqamətində fəaliyyət göstərir;
- Resursların daxili qiymətlərinin hesablanması (FTP – funds transfer pricing);
- Departamentin funksiyaları daxilində departament rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir.

 

Namizədə tələblər:

 

- ali iqtisadi və ya biznes üzrə təhsili;
- ən azı 2 il maliyyə bazarlarında əməliyyatlar sahəsində təcrübə;
- İngilis dilini bilmək;
- analitik qabiliyyət;
- dəqiqlik;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  azərbaycan dilində  [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət edilən vəzifənin adı  email-in mövzu hissəsində (Aktiv və passivlərin idarə edilməsi şöbəsinin Baş Mütəxəssisi) göstərməlidir.

 

Elanın bitmə tarixi fevral ayının 28-dir.

 

12.02.2017 15:37

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ