Tanınmış italyan şirkəti azərbaycanlı iş adamını məhkəməyə verib
Tanınmış italyan şirkəti azərbaycanlı iş adamını məhkəməyə verib.
“Paghere Green Service Societa Agricola S.R.L” şirkəti Fərhad Əhmədov və onun şirkətinə qarşı iddia qaldırıb.
İddiada bildirilir ki, Fərhad Əhmədova məxsus “Baku Caspian Real Estates Limited” MMC – italyan şirkətinə ödənməli olan 3 milyon avronu ödəməyib. Qeyd olunur ki, xarici şirkət 2016-cı ildə Fərhad Əhmədova məxsus şirkətlə Bilgəh qəsəbəsində yerləşən 6 hektar ərazidə abadlaşdırma, yaşıllaşdırma işləri aparılması ilə bağlı kontrak imzalanıb. Müqaviləyə əsasən, italyan şirkətinə bu işlərin müqabilində ümumilikdə 12 milyon avro və əlavələr ödənilməliymiş. Lakin işlərin yekunlaşmasına çox az vaxt qalmış Fərhad Əhmədova məxsus şirkət 3 milyon avronu ödəmək istəməyib və italyanları ərazidən çıxarıb.
Bununla bağlı “Paghere Green Service Societa Agricola S.R.L” şirkəti London Məhkəməsinə müraciət edərək maddi və mənəvi zərərə görə 5 milyon avroluq iddia qaldırıb. Şirkətin Azərbaycandakı hüquqi nümayəndəsi vəkil Kamandar Nəsibov deyib ki, cinayət tərkibi ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət ediləcək.
Qeyd edək ki, Fərhad Əhmədov Rusiyada yaşayır. O, “Rusiyanın ən varlı 200 biznesmeni” siyahısında 67-ci yerdə qərarlaşıb.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 12 saat əvvəl
-
14 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 16 saat əvvəl
-
16 saat əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
17 saat əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
20 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
20 saat əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 23 saat əvvəl
- 23 saat əvvəl