Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Azərbaycandan Qazaxıstana kərpic və kirəmitlər göndəriləcək - RAZILAŞMA

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycandan Qazaxıstana kərpic və kirəmitlər göndəriləcək - RAZILAŞMA
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycanın inşaat və tikinti materialları məhsulları 4-6 sentyabr tarixlərində Qazaxıstanın Almatı şəhərində keçirilən “Kazbuild” inşaat və tikinti materialları sərgisində nümayiş olunub.

 

İqtisadiyyat Nazirliyindən “Marja”ya daxil olmuş məlumata görə, sərgi çərçivəsində Azərbaycanın inşaat və tikinti şirkətlərinin nümayəndələri xarici şirkətlərin təmsilçiləri ilə görüşlər keçirib, potensial müştərilərlə məhsulların ixracına dair müzakirələr aparıb, əhəmiyyətli  nəticələr əldə edilib.

 

Belə ki, tikinti materiallarının istehsalı ilə məşğul olan Azərbaycanın kərpic və kirəmitlər istehsalçısı “FƏXRƏDDİN - K" MMC şirkəti Qazaxıstanın Almatı və digər regionlarında fəaliyyət göstərən tikinti şirkətləri ilə aparılan danışıqlarda şirkətin məhsullarının Qazaxıstanda satışına dair ilkin razılıqlar əldə edib.

 

Sərgidə Azərbaycanın “NB Group” şirkətinin məhsullarına Qazaxıstanın “OBİ Hipermarket” şəbəkəsi tərəfindən ciddi maraq göstərilib və məhsulların bu marketlərdə satışına dair müzakirələr aparılıb.

 

Bundan başqa, Azərbaycanın “Semsan” şirkəti Qazaxıstanda və Rusiyada fəaliyyət göstərən tikinti şirkətləri ilə, həmçinin Polşadan və Özbəkistandan olan topdansatış şirkətləri ilə ixraca dair müzakirələr aparıb.

 

Sərgi çərçivəsində Sumqayıt Texnologiyalar Parkı ilə Qırğızıstan, Tacikistan və Qazaxıstandan olan 4 şirkət arasında ixraca dair ilkin razılıq əldə olunub.

 

Həmçinin, Azərbaycanın “Caspi Marine Technologies” şirkəti ilə Qazaxıstan şirkəti arasında gəmi boyası və döşəmə örtüyü üçün 300 min ABŞ dolları dəyərində sifariş alınıb. Bu məhsulların ixracı oktyabr ayında həyata keçiriləcək.

 

Qeyd edək ki, “Kazbuild 2018”  sərgisi  Azərbaycan inşaat və tikinti materialları məhsullarının  “Made in Azerbaijan” vahid ölkə stendində təqdim olunduğu ilk  beynəlxalq sərgidir.

10.09.2018 14:43

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ