Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan fındığı yeni risklərlə üz-üzə

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan fındığı yeni risklərlə üz-üzə
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın fındıq sektorundakı şirkətlər və fındıq bağlarının sahibləri bu il gözlədikləri gəliri götürə bilməyəcəklər. Avropada fındığın ilkin alış qiymətləri açıqlanıb və Azərbaycan iş adamlarının da qazancına təsir edən bu qiymətlər ötən ilkindən təqribən 20% aşağıdır.

 

“Ferrero” o qədər də  “şirin” deyilmiş

 

Dünyanın məşhur şirniyyat şirkəti olan “Ferrero”nun Türkiyədəki əsas müəssisəsi – “Osan fındıq” fındıq ləpəsinin  bu ilki alış qiymətini elan edib. Müəssisə fındıq ləpəsinə bir kiloqrama görə,3,8 dollar alış qiyməti qoyub. Bu barədə Azərbaycan Fındıq İstehsalçıları Assosiasiyasının sədri İsmayıl Orucov bildirib. Müqayisə üçün bildirək ki, ötən il bu qiymət 5 dollar idi.

 

Qeyd edək ki, Avropada, ümumiyyətlə dünyada fındığın əsas alıcıları iri şirniyyat şirkətləridir. Məsələn, məşhur “Ferrero” şirkəti ildə 150 min ton fındıq alır. Bu, dünya fındıq istehsalının 20-25%-i deməkdir. Ona görə də “Ferrero”nun açıqladığı qiymət əslində fındıq bazarında oriyentir rolunu oynayır.

 

Hər kiloqramdan 1 dollar zərər

 

İ.Orucovun sözləri nə görə, bu o deməkdir ki, bu il Avropa bazarında fındığın bir kiloqramının alış qiyməti 4,5 dollar olacaq, halbuki, ötən il bu rəqəm 5,5 dolar idi.

 

Qeyd edək ki, Azərbaycan fındığının xarici ixracı imkanları və fındıq becərənlərin gözlədiyi gəlirlər Türkiyədəki iqtisadi vəziyyətdən asılıdır. Bu ölkə Avropanın fındıq bazarında lider olduğuna görə, buradakı məhsulların həcmi və qiyməti dünya bazarına və digər fındıq istehsalçılarının qazancına təsirini göstərir.

 

Onun sözlərinə görə, bu il Türkiyədə ənənəvi olaraq 640 min ton fındıq toplanması gözlənilir. Üstəlik, ölkənin anbarlarında ötən ildən də 70 min ton fındıq qalıb. Bu baş versə, Avropanın fındıq bazarında ucuzlaşma başlayacaq: “Yəni məhsul bol olacaq. Bir tərəfdən də lirənin də məzənnəsinin düşməsi fındığın daha da ucuzlaşmasına səbəb olacaq” - deyə İ.Məmmədov bildirib.

 

Azərbaycanda fındığın alış qiyməti azalır

 

İ.Orucov bildirir ki, Türkiyədə fındığın qiymətinin aşağı düşməsi Azərbaycan fındığının dünya bazarındakı qiymətinə və əhalidən fındığın alış qiymətinə ciddi təsir edəcək: “Bunun nəticəsində şirkətlər fınığı əhalidən daha ucuz almalı olacaq”.

 

Qeyd edək ki, artıq bu proses başlayıb. Belə ki, əvvəlki mövsümdə fındığın kiloqramı əhalidən 2-4 manata, Xaçmaz bölgəsində isə 5 manata alındığı halda, bu il fındığın satış qiyməti kəskin azalıb. Hazırda Balakən-Qəğələ zonası (Zaqatala, Qax da bura daxildir) fındığın kiloqramı 2-2,5 manata, Xaçmazda isə 3-3,3 manata alınır.

 

Başqa sözlə, ötən illə müqayisədə fındıq becərənlərin və sektordakı ixracçı şirkətlərinin gəlirlərinin xeyli azalacağı gözlənilir.

 

Məhsulun böyük hissəsi Avropaya gedir

 

Qeyd edək ki, hazırda Azərbaycanın  illik fındıq ləpəsi ixracı 21 min tona yaxındır. Bunun 15-16 min tonu birbaşa Avropaya, qalanı, təqribən 6 min ton isə Rusiyaya ixrac edilir.

 

Assosiasiya sədrinin sözlərinə görə, bazara yeni çıxmasına baxmayaraq, son iki ildir Türk fındığı ilə eyni qiymətə, hətta bəzi hallarda daha yüksək qiymətə satılmağa başlayıb: “Əvvəllər bizim fındıq Türkiyə məhsulundan 50-70 sent ucuz idi. İndi isə bəzi hallarda 5-10 sent ucuz bəzi hahlarda isə daha baha satılır. Çünki keyfiyyəti məhsul satırıq”. 

 

“Ferrero” Azərbaycandan fındıq alacaqmı

 

Amma hazırda fındıqçıların əsas problemi qiymətlə bağlı deyil. İ.Orucovun sözlərinə görə, fındıq sektorunun əsas alıcısı olan “Ferrero” şirkəti hələ də Azərbaycan üzrə alış qiyməti strategiyası açıqlamayıb.

 

Assosiasiya rəhbərinin sözlərinə görə, əvvəllər, məsələn ötən il bu rəqəmlər avqustda açıqlanırdı, bu il isə indiyədək məsələ açıq qalıb.  Və vəziyyət isə bazarda qeyri-müəyyənlik yaradır və Azərbaycan məhsulunun dünya bazarında qiymətini tənzimləməkdə ixracatçılar üçün böyük çətinlik yaradır. İtaliya bazarının Azərbaycan üçün nə qədər əhəmiyyətli olduğunu göstərmək üçün onu demək kifayətdir ki, 2017-ci ildə Azərbaycan İtaliyaya 9 mindən artıq fındıq ləpəsi ixrac etmiş və ixracçılar bundan təqribən 54 milyon dollar qazanmışdılar. 

 

“Bu il isə İtaliya ilə bağlı heç bir məlumat yoxdur. Hazırda yükləmələr yalnız Rusiya Federasiyasına edilir. Orada da rublun məzənnəsi ixracatçılar üçün böyük risklər yaradıb”-deyə İ.Orucov bildirir.

 

Qeyd edək ki, hazırda Avropada əsas fındıq tədarükçüləri İtaliya, Türkiyə, Gürüstan və Azərbaycandır. Amma ən böyük  istehsalçılardan olmasına baxmayaraq İtaliya nəinki xaricə fındıq ixrac etmir, hətta özü xaricdən idxalla məşğuldur. Səbəbi odur ki, iri şirniyyat şirətlərinin çoxu burada yerləşdiyinə görə, ölkə özünün fındığa olan tələbatını təkcə daxili istehsalla ödəyə bilmir.

 

Bazara yeni, güclü rəqiblər gəlir

 

Hazırda, fındıq bazarında Gürcüstanla Azərbaycanın payı demək olar ki, eynidir. Amma İ.Orucovun sözlərinə görə, bazara yeni iri rəqiblərin gəlməsi gözlənilir: “Məsələn, hazırda Çilidə böyük plantasiyalar salınır, ABŞ-ın özündə bu sahəyə  böyük sərmayələr qoyulur”.

 

Assosiasiya rəhbərinin sözlərinə görə, Azərbaycan öz ərazisinin məhdudluğuna görə, bu ölkələrlə məhsulun həcmi baxımından rəqabət apara bilməz. Əvəzində bazara daha keyfiyyətli, yəni bahalı məhsul çıxarmaqla fındıqdan daha böyük gəlir əldə etmək mümkündür: “Tam əminliklə deyirəm ki, Azərbaycanın “Atababa” soortu dünyada lider olan “Giressun” və “cefoni” ilə (həm fiziki həm də bioloji) tam rəqabət apara bilir. Üstəlik, bu növ genetik olaraq bizə məxsusdır”.

 

Ona görə də, Azərbaycan fındığın bu növünün üzərində qalmalıdır: “Bununla da biz rəqiblərinmizdən sahəcə az olsa da, dünyada bir nömrəli bio fındıq satıcısı olaraq qala bilərik”». Hazırda biosertifikatların alınması üçün işlər aparılır.

 

Fındıq bağları artmaqdadır

 

Dünya bazarında fındığa olan tələbat və gətirdiyi gəlirlər yerli iş adamlarını da bu sahəyə meylləndirib. Ölkədə sürətlə fındıq bağları salınır. Hazırda Azərbaycandakı fındıq bağlarının sahəsi 50 min hektardan çoxdur. Amma yeni əkilən bağların statistikası ilin sonunda bəlli olacaq. Ötən mövsümdə Azərbaycanda 60 min tona yaxın fndıq olub, bu il həmin rəqəmin daha 10% artacağı gözlənilir.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© FED

10.09.2018 18:24

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ