"AzInTelecom”un icarəyə virtual maşınlar təklif edir
Data Mərkəzi müştəriləri lisenziyalı “Microsoft Windows Server” əsaslı virtual mühitdən istifadə edə biləcəklər
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin Data Mərkəzi müştərilərinə yeni xidmət təqdim edir.
Nazirlikdən “Marja”ya daxil olmuş məlumata görə, 11 sentyabr tarixindən etibarən Data Mərkəzi müştəriləri “Microsoft (MS) Windows Server” əməliyyat sistemli virtual maşınları aylıq icarə yolu ilə əldə edə biləcəklər.
Data Mərkəzi əməliyyat sisteminin lisenziyasını bulud provayderləri üçün nəzərdə tutulan model əsasında təqdim edir. Sözügedən lisenziyanın icarəsi müştərilərə bir sıra nəzərəçarpacaq üstünlüklər verəcək. Bununla da, müştərilər kapital xərclərindən azad olaraq istismar xərcləri əsasında “MS Windows Server” əməliyyat sistemli virtual mühitlərdən faydalana biləcəklər.
Xidmətdən istifadənin rahat dəyişdirilə bilən olması isə tələbat yarandıqca, lisenziyaların sayını asanlıqla uyğunlaşdırmağa imkan verir.
Bundan əlavə, “MS Windows Server”in yenilənməsi üçün müştərilərin əlavə ödəniş etməsinə ehtiyac qalmır. Əməliyyat sisteminin bütün yenilənmələri Data Mərkəzinin resursları hesabına qarşılanır. Beləliklə, virtual mühitdən istifadə etməklə müştərilər hər zaman “MS Windows Server” əməliyyat sisteminin ən son versiyası ilə təmin olunmaq imkanına malik olur.
Xidmət haqqında ətraflı məlumat əldə etmək üçün [email protected] ünvanına və ya (+99450) 251 5555 mobil nömrəsinə müraciət edə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
9 saat əvvəl
“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalandı
-
9 saat əvvəl
Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır
-
10 saat əvvəl
“Qat-Qat Cake Shop” şirniyyat mağazasında yararsız məhsullar aşkarlanıb, rəhbərliyi cərimələnib
-
10 saat əvvəl
ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!
-
10 saat əvvəl
“Kapital Bank”ın dollar istiqrazlarına 104 investor 104 sifariş təqdim etdi - HƏRRACIN NƏTİCƏSİ
- 10 saat əvvəl
-
11 saat əvvəl
Rabitəbank 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
11 saat əvvəl
Xəzərdə süni torpaq sahələri dənizin şimal və cənub hissələrində yaradılacaq
- 11 saat əvvəl
- 11 saat əvvəl