Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Bazarlar bu çıxışı gözləyir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bazarlar bu çıxışı gözləyir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu gün Bakı vaxtı ilə saat 19:00-da ABŞ Mərkəzi Bankı Fed-in sədri Janet Yellen Senatın Bankçılıq Komitəsində, Çərşənbə günü isə Maliyyə Xidmətləri Komitəsində çıxışı gözlənilir. "Marja" xəbər verir ki, Yellenin əvvəlcədən hazırlanmış çıxışın mətnini oxuması və sualları cavablandırması gözlənilir.

 

Analitiklər bildirirlər ki, Fed sədri Janet Yellen Konqresdəki bugünkü çıxışında böyük ehtimalla növbəti faiz artırımı  haqqında böyük bir ipucu verməyəcək, ancaq Yellen, Trump rəhbərliyinin ləğv etmək istədiyi böhrandan sonrakı bank qanunlarını müdafiə edəcəyi gözlənilir.


 
Yellenin edəcəyi çıxış Donald Trumpın vəzifəyə gəlməsindən bu yana ilk çıxışı olacaq.


 
Pul siyasəti tərəfində Yellenin növbəti toplantı ərəfəsində Fed-in variantlarını gündəmdə saxlaması gözlənilir. Az sayda investor Martın ortasında keçiriləcək iclasda Fed-dən bir həmlə gözləyir, bir çox Fed üzvü isə faiz artırmağın tərəfdarı olmadığını müdafiə edib.


 
Vaşinqtonda "Cornerstone Macro LLC"-nin ortağı Roberto Perli, "Yellenin Mart ayında faiz artırımı ehtimalını gündəmdə saxlayacağını və bu il 3 dəfə faiz artırımı sözündən geri addım atmayacağını düşünürük" deyib.


 
Fed-in pul siyasətini müəyyənləşdirən FOMC Dekabrdakı iclasında faizi 25 faiz bəndi artırmışdı. Növbəti iclas 14-15 Mart tarixlərində baş tutacaq.


 
Yellenin mövcud vəzifə müddətinin bitməsinə bir il qalmış, o yavaşca yaxşılaşan iqtisadiyyatla paralel bir şəkildə faizləri idarə etməyin yollarını axtarır. Yellen eyni zamanda, Trump rəhbərliyinin hazırda dəqiqləşdirmədiyi iqtisadi inkişaf planlarının yaratdığı qeyri-müəyyənliklə boğuşur. Trump 9 Fevralda qarşıdakı həftələrdə "fövqəladə" vergi planı açıqlayacağını bildirmişdi.
 

 
Yellen 19 Yanvardakı ən son çıxışında, ABŞ iqtisadiyyatının Fed-in 2 faiz inflyasiya və tam məşğulluq hədəfləri istiqamətində "çox inkişaf" etdiyini deyib. Yellen ABŞ iqtisadiyyatında həddən artıq "qızma" riski olmadığını bildirmiş Fed-in faiz nisbətlərini "mərhələli" artırmağa davam edəcəyini söyləmişdi.


 
O gündən bu yana Yanvar ayı məşğulluq göstəricisi işsizlik nisbətinin 4.8%-ə yüksəldiyini və maaşların yalnız mülayim artım göstərdiyinə işarə edib Ərzaq və enerji xaric, qiymətlərin ümumi səviyyəsi Dekabrda başa çatan 12 aylıq dövrdə 1.7% artıb.


 
 Ancaq Trampın tətbiq edəcəyi maliyyə siyasəti hazırda investorların iqtisadi artım və inflyasiya gözləntilərini artırmaqla bərabər, qeyri-müəyyənliyini qoruyur.  Trump kampaniyası müddətində vergi güzəştləri vəd edib, hərbi və infrastruktur xərclərini artırmaq və islahatlar sözünü vermişdi. Fed sədrinə bu siyasətlərə qarşı cavabının nə olacağı məsələsi mütləq soruşulacaq.

 

ÖDƏNİŞSİZ FOREX SEMİNARINA QATILIN!

14.02.2017 05:51

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ