Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“Bəzi radio kanalları rayonlarda yayımlarını dayandıra bilər”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Bəzi radio kanalları rayonlarda yayımlarını dayandıra bilər”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Azərbaycanda bəzi özəl radio kanalları rayonlarda yayımlarını dayandırmaq istəyirlər”.

 

Reklam_3_11

Bu sözləri Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. N.Məhərrəmli buna səbəb kimi radio kanallarının maddi durumunun aşağı olmasını göstərib: 

 

"Çox təəssüf ki, radioların maddi vəziyyəti ürəkaçan deyil. Rayonlarda yayıma görə, bəzi özəl radio kanalları ödəniş edə bilmirlər. Ona görə rayonlar da yayımlarını dayandırmaq istəyirlər. Bu da yaxşı xəbər deyil”.

 

MTRŞ sədri rayonlarda yayımını dayandırmaq istəyən radio kanallarının adını çəkməsə də onlara dövlət tərəfindən maddi dəstəyin göstərib-göstərilməyəcəyinə də münasibət bildirib: "Mən sözügedən radioların adlarını çəkmək istəmirəm. Hər halda belə bir məsələ artıq gündəmə gəlib. Azərbaycanda bazar iqtisadiyatı hökm sürür. Ölkəmizdə özəl kanallar kimi, özəl radiolar da fəaliyyət göstərir. Öz iqtisadiyyatlarını özləri qurtmalıdırlar. Dövlət tərəfindən maddi durumu aşağı olan radio kanallarına dəstəyin göstərilməsi gündəmdə deyil”.

 

İRANA UDUZURUQ

 

MTRŞ sədri İran radio tezliklərinin Azərbaycanda yerli radio stansiyalarının tezliyinə daxil olmasına və cənub bölgəsində bu ölkənin radio kanallarının daha çox tutmasına münasibət bildirib:

 

"Bu elə də asan məsələ deyil. Bilirsiniz ki, sərhəd zonalarında yerləşən ərazilərdən 70-80 kilometr aralığa qədər qonşu ölkələrin tezlikləri fəaliyyətdə ola bilər. Eyni zamanda bizim radiolar qonşu İran və digər ərazilərdə eşidilir. Yəni, bu normal bir prosedurdur. Çox təəssüf ki, bəzən İran tərəfdən ötürücülər o qədər güclü olur ki, nəinki 70-80 km, hətta 100-150 kilometrə qədər də gəlib çatır. Çox təəssüf ki, radio kanallarımız regionlarda daha güclü ötürücü qoymurlar. Çünki, bu çox güclü maddi vəsait tələb edir. Əgər radio kannallarımız güclü ötürücü qoyarlarsa, yayımdan tezliklər vasitəsilə İran radiolarını sıxışdırıb çıxara bilərlər. Yuxarıda qeyd olunan səbəblərdən biri də özəl radio kanallarımızın maddi imkanlarının zəif olmasıdır”.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Unikal.org 

11.09.2018 19:32

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ