Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Fındıq, qoz, şabalıd festivalı keçiriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fındıq, qoz, şabalıd festivalı keçiriləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Sentyabrın 29-da Zaqatala rayonunda Beynəlxalq fındıq, qoz, şabalıd festivalı keçiriləcək.

 

Reklam_3_11

Zaqatala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşacaq festivalda fındıq, qoz və şabalıddan hazırlanmış geniş çeşiddə məhsullar nümayiş etdiriləcək, müxtəlif müsabiqələr, yarışlar təşkil olunacaq.

 

Festivala hazırlıq üzrə təşkilat komissiyasının üzvü, rayon icra hakimiyyəti başçısının müavini Vəfa Süleymanova bildirib ki, festivalda ölkəmizdə fəaliyyət göstərən 10-dan artıq xarici ölkə səfirliyinin rəhbər və təmsilçiləri, nazirlik və dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, fındıq istehsalçıları və ixracatçıları, həmçinin rayon sakinləri iştirak edəcəklər. İkinci dəfədir keçiriləcək festivalın əsas məqsədi ölkəmizin, eləcə də Zaqatala rayonunun iqtisadi, mədəni və turizm potensialını daha geniş nümayiş etdirməkdir.

 

Rəsmi açılış mərasimi Zaqatala şəhərindəki “Dədə Qorqud” meydanında olacaq. Burada müxtəlif müsabiqələrin - ən gözəl fındıq, qoz, şabalıd xonçası, qərzəkli meyvələrdən hazırlanmış əl işi, ən yaxşı məlumat lövhəsi, ən gözəl fındıq geyimi, fındıq ləpəsinin qısa müddətdə ipə düzülməsi, ən qısa müddətdə fındıq və qozun çəkiclə qırılması, ləpənin təmizlənməsi və digər yarışların keçirilməsi nəzərdə tutulur. Meydanda, həmçinin qərzəkli meyvələrin satış-yarmarkası da təşkil ediləcək.

 

Festival iştirakçıları fındıq qabığı ilə sobanın yandırılmasını, fındığın və şabalıdın qovrulması prosesini əyani şəkildə izləyəcək, fındıq emalı və ixracı ilə məşğul olan müəssisələrin istehsal etdiyi məhsullarla tanış olacaqlar. Həmçinin fındıq yığımında və emalında istifadə olunan müasir texniki avadanlıq da nümayiş etdiriləcək.

 

Daha sonra XIX əsrə aid tarixi-memarlıq abidəsi olan “Zaqatala qalası”nın ərazisindəki geniş meydanda bədii proqram nümayiş olunacaq.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Azərtac

12.09.2018 03:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ