Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Bal yarmarkasının keçiriləcəyi yer dəyişdirildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bal yarmarkasının keçiriləcəyi yer dəyişdirildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Kənd Təsərrüfatı Nazirliyi arıçıların çoxsaylı müraciətlərini nəzərə alaraq arıçılıq məhsullarının növbəti respublika sərgi-satış yarmarkasının keçirilmə tarixini və məkanını dəyişib.

Reklam_3_11

 

"Arıçılıq haqqında"  Azərbaycan Respublikası Qanununa uyğun olaraq  Kənd Təsərrüfatı Nazirliyi  2018-ci ilin 5-28 oktyabr tarixlərində Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti, 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) arıçılıq məhsullarının növbəti respublika sərgi-satış yarmarkasını keçirəcək. Sərgi-satış yarmarkasının açılışı 5 oktyabr, saat 12.00-da olacaq.

 

Yarmarkada iştirak etmək istəyən arıçılar  öz məhsullarını şəxsiyyət vəsiqəsini təqdim etməklə sentyabrın 15-dən 30-dək yuxarıda qeyd edilən ünvandakı mühafizə olunan anbara təhvil verməlidirlər.

 

Qeyd edək ki, yalnız qeyd olunan müddətdə anbara təhvil verilmiş və müayinə olunmuş məhsullar yarmarkada satışa çıxarılacaq. Yarmarkaya hazırlıq tədbirlərini səmərəli təşkil etmək məqsədi ilə arıçılıq məhsullarının anbara qəbulu iqtisadi rayonlar üzrə aşağıdakı tarixlərdə həyata keçiriləcək.

-  Lənkəran iqtisadi rayonu üzrə - 15-18 sentyabr

- Aran iqtisadi rayonu üzrə - 19-21 sentyabr 

- Gəncə-Qazax iqtisadi rayonu üzrə - 22-24 sentyabr

- Şəki-Zaqatala iqtisadi rayonu üzrə - 25-27 sentyabr

- Quba-Xaçmaz və Abşeron iqtisadi rayonları üzrə - 28 sentyabr

- Dağlıq şirvan iqtisadi rayonu üzrə - 29 sentyabr

- Naxçıvan iqtisadi rayonu üzrə - 30 sentyabr

-  Kəlbəcər-Laçın və Yuxarı Qarabağ iqtisadi rayonları üzrə - 30 sentyabr

 

Eyni zamanda şəffaflığın təmin edilməsi məqsədi ilə 2018-ci il oktyabrın 4-də yerlərin iqtisadi rayonlar üzrə və fərdi qaydada püşkatması keçiriləcək. Püşkatmada bütün arıçıların iştirakı arzu olunur.

12.09.2018 08:06

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ