Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

"METAK"da yeni vakansiyalar

iç səhifə xəbər başlığı altı (mobil)_31
"METAK"da yeni vakansiyalar

1. OFİS-MENECERİ

 

Reklam_3_11

İşin təsviri:

 

- Daxil olan korrespondensiyanın qəbulu və qeydiyyatı;

 - Kənar təşkilatlara göndərilən sənədləri tərtib etmək və hazırlamaq, cavab məktubları hazırlamaq və     kuryer xidməti ilə göndərmək;

  - Zəngləri qəbul etmək və onları yönləndirmək;

 - Şirkət qonaqlarını qarşılamaq;

 - Aviabiletlərin rezervasiyasını və alınmasını təmin etmək;

- Hava limanından xarici qonaqların qarşılamasını təşkil etmək;

 - Qonaqların yerləşdirilməsini təşkil etmək (mehmanxanalarda nömrə sifarişi);

 - İclas və görüşlərin planlaşdırılmasında köməklik göstərmək;

 - Şirkətə aid bilgilərin, qeydiyyat sənədlərin və faylların məxfiliyini qorumaq;

 - İşgüzar məktubları tərtib edilməsi bacarığı, axtarılması və məlumat-sorğu materiallarının verilməsi qaydalarını bilmək.

 

Tələblər:

 

- Ali təhsil;

- Azərbaycan və rus dillərini bilmək mütləqdir, ingilis dili arzuolunandır;

- MS Office proqramları üzrə biliklər;

- Yaş həddi: 22 – 33 yaş;

- Dəqiq və sürətli işləmək bacarığı.

 

Əlavə şərtlər:

 

İş vaxtı: 5 gün, 09:00-18:00;

Nahar şirkət tərəfindən verilir.

 

Maraqlananlar CV-lərini https://www.metak.az/resume/resume.php?vid=107 ünvanına  öndərərək, 10.10.2018 – ci il tarixinə kimi müraciət edə bilərlər.

 

QEYD: Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaqlar.

 


                                                               

2. KORPORATİV SATIŞ ÜZRƏ MENECER

İşin təsviri:

- Potensial müştərilərin axtarışını həyata keçirmək;

- Mövcud müştəri bazası ilə işləmək;

- Müştərilərlə kommersiya danışıqlarını aparmaq;

- Satışın artırılması məqsədilə müştəriləri müvafiq məlumatlarla təmin etmək: əyani nümayişlər, kataloqlar, reklam materialları, statistik məlumatlar və istinadlar, qiymətlər, məhsulun çatdırılma vaxtı və xərcləri, ödəniş şərtləri və satışdan sonra xidmətlər;

- Satışı təşviq etmək üçün müştərilərlə telefon, poçt, internet və ya sərgilər vasitəsilə əlaqə saxlamaq;

- Satış xarakterli səfərlər marşrutlar seçmək, təbliğat xarakterli paketlər hazırlamaq və görüşlər təyin etmək;

- Təlimatlara uyğun olaraq satış üzrə statistik məlumatlar hazırlamaq və təqdim etmək;

- Şirkətin strategiyasına uyğun olaraq məlumat bazalarını təmin etmək, yeniləmək və hesabat təqdim etmək;

- İnternet və şəxsi əlaqələr vasitəsilə bazarda rəqabət mühitini araşdırmaq;

- Ticarət sərgiləri, tenderlər, tədbirlər və nümayişlər zamanı şirkəti  təmsil etmək.

 

Tələblər:

 

- Ali təhsil;

- Azərbaycan, ingilis və rus dillərini səlis bilməlidir;

- MS Office proqramları üzrə biliklər;

- Yaş həddi: 25 – 35 yaş;

- Export sahəsində 5 il təcrübə;

- Şəxsi müştəri bazası olmalı;

- Prezentasiyaların keçirilməsi, effektiv şifahi məlumat vermə və dinləmə bacarıqlarına malik olmalı.

 

Maraqlananlar saytda onlayn-anketi dolduraraq  https://www.metak.az/resume/resume.php?vid=113 , 10.10.2018 – ci il tarixinə kimi müraciət edə bilərlər.

 

 QEYD: Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaqlar.

 


 

3. ERP üzrə mütəxəssis

 

İşin təsviri:

 

- ERP proqramlarda işləmə, yazılım və dəstək;

- Program modullarının xidmət sahələrinə tətbiqi;

- Yaranan problemlərin tez bir zamanda həll olunması.

 

Namizədə tələblər:

 

- Yaş həddi: 25 - 35

- Ali təhsil;

- Müvafiq sahədə ən az 2 illik iş təcrübəsi (istehsalatda çalışmış şəxslərə üstünlük verilir);

- SQL, JavaScript, HTML5, CSS3,  .NET bilikləri;

- ERP Database infrastruktur bilikləri;

- Rus və ingilis dillərini bilməli (texniki).

 

Ə/haqqı: danışıq əsasında

- İş vaxtı: 5 gün, 09:00-18:00;

- Nahar şirkət tərəfindən verilir.

 

Maraqlananlar saytda onlayn-anketi dolduraraqhttps://www.metak.az/resume/resume.php?vid=103 08.10.2018 – ci il tarixinə kimi müraciət edə bilərlər.

 

  QEYD: Yalniz göstərilən meyarlara uyğun olan namizədlər musahibəyə dəvət olunacaqlar.
 


 

4. Avtobus sürücüsü

 

İşin təsviri:

- Təyin olunmuş marşrutla hərəkət etmək, nəzərdə tutulmuş hərəkət cədvəlinə riayət etmək, intervalı gözləmək, optimal hərəkət sürətini seçmək, işçilərlə mədəni rəftar etmək;

- Nəqliyyat vasitəsinin təmizliyinə və səliqəsinə nəzarət etmək;

- Rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi

- Nahar şirkət tərəfindən verilir

- İş vaxtı: 6 gün 

 

Tələblər:

 

- Sürücülük vəsiqəsi «BCD» kateqoriyalı

- 35-50 yaş

- Yaşayış yeri: Dərnəgül, Qaraçuxur, Hövsan, Xəzər, Əhmədli, Neftçilər əraziləri arzuolunandır

- Əmək stajı sürücü kimi 5 ildən artıq

- Fiziki sağlam

- Məsuliyyətli,  intizamlı,  gərgin iş şəraitində işləmək bacarığı

 

Maraqlananlar saytda onlayn-anketi dolduraraqhttps://www.metak.az/resume/resume.php?vid=120 03.10.2018 – ci il tarixinə kimi müraciət edə bilərlər.

 

 QEYD:  Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaqlar.
 

12.09.2018 09:14

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ