Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

SOCAR İstiqrazları yenidən bahalaşıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR İstiqrazları yenidən bahalaşıb

SOCAR İstiqrazlarının marketmeykeri “PSG Kapital” investisiya şirkətindən  verilən məlumata əsasən, ölkənin ən çox alınıb-satılan qiymətli kağızı SOCAR İstiqrazları yenidən bahalaşıb. Hal-hazırda istiqrazın birjada alış qiyməti 1022 dollar, satış qiyməti isə 1008,50 dollardır. 

 

Reklam_3_11

Bahalaşmanın əsas səbəbləri bazarda istiqraza tələbatın artması və növbəti faiz ödənişinin  yaxınlaşması olub. Beləliklə, SOCAR İstiqrazlarına investisiya edənlərin sayı artdıqca qiymət göstəricisidə dəyişir.

 

SOCAR tərəfindən verilən nominal qiymətə alış zəmanəti, likvidliyin yüksək olması, əməliyyatların rahatlığı və faiz ödənişlərinin qrafikə uyğun aparılması kimi üstünlüklər SOCAR İstiqrazlarına marağın artmasını təmin edir.

 

Alğı-satqısı davam edən istiqrazların təkrar bazarda əməliyyat həcmi 160 milyon dolları ötüb.

 

Bu qiymətli kağız yeni məhsul olmağına baxmayaraq, qısa müddət ərzində korporativ istiqraz bazarında alğı-satqı üzrə ən yüksək mövqedə qərarlaşıb.

 

2016-cı ilin sentyabrında buraxılan SOCAR İstiqraqzlarının həmin il korporativ istiqraz bazarındakı payı 53%, 2017-ci ildə 82% təşkil edib, 2018-ci ildən bu günədək  isə həmin göstərici 91%-dir.

 

“PSG Kapital” şirkətinin direktor müavini Nəriman Yaqubov: “5 il müddətinə buraxılan SOCAR İstiqrazları artıq 2 ildir dövriyyədədir və çox böyük maraq görür. İstiqrazların vaxtı 2021-ci ildə bitir. Şirkətimizə həm fiziki, həm də hüquqi şəxslər tərəfindən  SOCAR-ın yeni istiqraz çıxarıb–çıxarmayacağı barədə çoxsaylı suallar daxil olur. Nəticədə, görürük ki, yeni istiqrazlara bazarda tələbat xeyli yüksəkdir”.

 

Qeyd edək ki, ötən ilin noyabr ayından SOCAR İstiqrazları ilə REPO əməliyyatlarına da start verilib. REPO əməliyyatları SOCAR İstiqrazlarının sahiblərinə Bakı Fond Birjasında (BFB) istiqrazlarını girov qoyaraq, qısamüddətli və sərfəli şərtlərlə kredit götürmək imkanı qazandırır. İndiyədək REPO əməliyyatlarının həcmi 28 milyon dollar təşkil edib.

 

Bununla yanaşı, SOCAR İstiqrazları sahibləri öz istiqrazlarını razılıq əldə olunan banklarda girov qoymaqla, 24 ay müddətinə, 1 milyon manatadək və illik 15-16%-lə güzəştli  kreditlər də əldə edə bilərlər. İnvestorlar kredit götürdükləri zaman istiqrazlardan gələn dollarda illik gəlirlərini də itirmirlər və realda kredit faizi 9-10%-ə qədər enir.

 

SOCAR İstiqazlarının dövriyyə müddəti 5 il, illik gəliri 5% , faiz ödənişi isə hər 3 aydan birdir.

 

Növbəti və cari ilin son faiz ödənişi oktyabrın 17-də həyata keçiriləcək.

12.09.2018 10:15

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ