“20 il ərzində Azərbaycanın təbii qaz istehsalı 3 dəfə artacaq”

Qarşıdakı 20 il ərzində Azərbaycan təbii (əmtəə) qaz istehsalını 3 dəfə - 55 mlrd. kubmetrədək artıracaq.

 

Bunu Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol deyib.

 

“Proqnozlarımıza əsasən, Azərbaycanda 20 il ərzində qaz istehsalı 3 dəfə - hazırki 18 mlrd. kubmetrdən 55 mlrd. kubmetrə qədər artacaq”, - F.Birol bu gün jurnalistlərə bildirib.

 

Onun sözlərinə görə, “bu, həm ixracatçı ölkə kimi Azərbaycan, həm də idxalçı ölkələr üçün yaxşıdır, çünki respublika siyasəti energetika ilə qatmır”.

 

F.Birol əlavə edib ki, Azərbaycan regionda və Avropada energetika bazarında vacib oyunçudur. “TANAP və TAP qaz kəmələrinin tikinti layihələri çox mühümdürvə qaz tədarükünün şaxələndirilməsinə töhfə verirlər. Bəzi ölkələrdə layihə ilə bağlı (TAP) bəzi məsələlərin olmasına baxmayaraq, əminəm ki, bu layihə reallaşdırılacaq”, - Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru əlavə edib.

 

2017-ci ildə Azərbaycanda qaz istehsalının ümumi həcmi 28 mlrd. 563,5 mln. kubmetr qaz təşkil edib (azalma 2,6%). Bunun 18 mlrd. 157,9 mln. kubmetri əmtəə qazının payına düşüb (azalma 3%). 

 

PULSUZ DEMO HESABI İLƏ FOREX-İ RİSKSİZ ÖYRƏNİN!

 

© İnterfaks-Azərbaycan

12 Sentyabr 2018 , 13:34   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin