Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Havanın temperaturu aşağı enəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Havanın temperaturu aşağı enəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

“Sentyabr ayının 17-dən etibarən Azərbaycanda havanın temperaturu günü-gündən aşağı enməyə başlayacaq”

 

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva bildirib.

 

O deyib ki, hazırda ölkə ərazisində iqlim normasından yuxarı temperatur müşahidə olunur: “Ümumiyyətlə sentyabr ayının ötən dövründə havanın temperaturu iqlim norması daxilində olub, ayrı-ayrı günlərdə normadan 1-2 dərəcə yuxarı qalxıb. Lakin ayın ikinci ongünlüyünün ikinci yarısında, yəni sentyabr ayının 17-dən başlayaraq Abşeron yarımadasında şimal küləyinin sürəti bir qədər artacaq”.

 

U.Tağıyevanın sözlərinə görə, sentyabr ayına xarakterik göstəricilərə uyğun olaraq son günlər gündüz müşahidə edilən temperaturla axşam müşahidə olunan arasında fərq var: “Gecə və gündüz arasında olan temperatur fərqi avqust ayı ilə müqayisədə daha çox hiss edilir. Gündüz hava isti olsa da, axşam saatlarında sərinlik qeydə alınır”.

 

Şöbə müdiri qeyd edib ki, sentyabr ayının temperatur rejimi əhali, xüsusən də meteohəssas insanlar üçün əlverişlidir: “Bu il sentyabar ayının ikinci yarısında meteohəssas insanlar üçün komfort hava şəraiti müşahidə olunacaq. Havanın temperaturu 30-32 dərəcədən yuxarı olmayacaq”.

13.09.2018 07:24

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ