PAŞA Bank yeni hesablaşma-kassa xidmətləri paketini təqdim edir

(®) Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank bazara yeni hesablaşma-kassa xidmətləri paketini təqdim edir. Məhsul kiçik və orta sahibkarlar üçün nəzərdə tutulur.

 

Tarif paketləri hesablaşma-kassa əməliyyatlarının yerli və beynəlxalq ödənişlər, nağd vəsait ilə əməliyyatlar, valyuta əməliyyatları, korporativ kartlar, akvayrinq və s. kimi əsas xidmətlərdən ibarətdir.

 

Bu günə PAŞA Bankın hesablaşma-kassa xidmətlərinə beş növ tarif paketi daxildir və hər birinin hazırlanmasında kiçik və orta sahibkarlıq biznesinin müxtəlif xüsusiyyətləri, eləcə də Müştərinin Bankla olan əməldaşlıq formatı nəzərə alınmışdır. Öz biznesi üçün ən münasib tarif paketini seçməklə və aylıq əsasda müəyyən komissiya haqqını ödəməklə Müştəri hesablaşma-kassa əməliyyatları çərçivəsində bütün xərclərinə tam nəzarət edir, optimal çeşid və həcmdə xidmətlərdən bəhrələnir və eksklüziv tariflərdən istifadə etmək imkanı əldə edir. 

 

PAŞA Bankın Kiçik və orta sahibkarlıq üzrə bankçılıq departamentinin direktoru Aleksandr Qolovkonun sözlərinə görə hazırkı bazar şəraitində biznes həm öz xərclərinin və əməliyyatlarının optimizasiyasına, həm də maliyyə vəsaitlərinin idarə edilməsinin effektivliyinin artırılmasına  diqqət yetirməlidir. Bunu nəzərə alaraq, PAŞA Bank tərəfindən hazırlanmış tarif paketləri sahibkarların gündəlik ehtiyaclarının təmin edilməsi üçün gözəl alət ola bilər.

 

"Yuxarıda qeyd edilmiş yanaşma kiçik və orta sahibkarların xidmətlə təmin olunmasına tətbiq edilən individual həll yoludur və hər bir biznesin tələbatı nəzərə alınaraq qarşısında duran vəzifələrdən asılı olaraq hazırlanıb. Sahibkar üçün bu alətin istifadə edilməsinin əsas üstünlükləri gündəlik bank əməliyyatlarını optimallaşdırmaq, xərcləri planlaşdırmaq və idarə etmək və əsas fokusu öz biznesinin inkişafı ilə bağlı ən önəmli olan strateji aspektlər üzərində cəmləşdirməkdən ibarətdir", - deyə A. Qolovko öz fikrini tamamlamışdır.

13 Sentyabr 2018 , 09:36   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin